Hərkəsə salamm♡
İlk öncə kitabda nədən söz getdiyini açıqlamaq istəyirəm. Bu kitabda varlı bir kişi ilə evli olan qadının xoşbəxt və sakit heyatınsan sıxılıb gənc bir musiqiçi ilə gizli səvgi yaşamağından bəhs edir. Daha sonra bu gizli sevgini bir şantajçı bilir. Elə hekayədə burada başlayır.Bu şantajçı qadına hədə gəlir. Qadın isə keçirdiyi qorxu hiss ilə qorxunc bir uçuruma sürüklənir.
İndi isə rəy zamanıdı. Birinci demək istədiyim odur ki kitab çox axıcıdır. Kitabı oxuyarkən insan hekayənin içində itir. Yazıçı bu kitabında qorxu hissi ilə insanların həyatlarını dəyərini,ətrafındakı insanların qiymətini və qorxu hiss ilə necə səhvlər buraxacağından çox gözəl yazıb. Qısacası bu kitab mənim çox xoşuma gəldii və hər bir oxucuya oxumağı tövsiyə edirəm. Başqa kitablarda görüşmək üzrəə.
KorkuStefan Zweig · Türkiye İş Bankası Yayınları · 2022124,8bin okunma