Lojiya MGL

Lojiya MGL
@Lojiya
Dünya imtahandır,biz isə tələbələr....
Yaradanla söhbət
Allahım, verdiyin hər şeyə şükür, Vermədiklərinsə hikmətdir mənə. Bilirəm,sevirsən hər bir bəndəni, İstəməzsən olsun bir pislik bizə. ************************ Ürəklərə mərhəmət,ruha hüzur ver, Sənə açılan əllər boş qayıtmasın. Sevgi ver,rəhmət ver,vicdan ver bizə, Namazsız,niyassız kimsə qalmasın. ************************ Ailəm üçün əlimi açıram Rəbbim, Anama,atama gözəl ömür yaz. Həyatıma yoldaş olacaq şəxsə, Nə haram,nə günah heç vaxt yaraşmaz. ************************ Nəsibim olanı günahdan qoru, Haram olanlardan çəkindir onu. Məni də qoruyub ona qismət et, Hər şeyə qadirsən bilirəm bunu. ************************ İlahi, sənə güvənib, sığınmışam mən Bu dərdimə dərman yalnız səndədir. Hüzurundan əli boş göndərmə məni, Rəhmansan,ən gözəl rəhm səndədir. Yazan:Lojiya🍃
Şiir
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Adı:"Öldürən həyatdı yoxsa insanlar?"
"Ağ rəng sənə heç yaraşmadı.Yalvarıram sənə qalx çıxart bunu.Axı sən mavi sevirdin.Bax sənə mavi don almışam dur onu geyin" deyən gənc adam ağlayaraq qızın kəfənə sarılmış bədənini qucaqlamış və sanki bir möcüzə olacaq, qız həyata qayıdacaqmış kimi yalvarırdı. Yazar:Lojiya
Sevdiyim,de,hardasan? Gözlərim yolda qalıb. Niyə yanımda yoxsan? Ayağınmı dayanıb? ------------------------------------- Tez gəl həsrət qalmışam, Gözünə,gülüşünə. Heç görmədən birini, Almısanmı ömrünə? ------------------------------------ Səni tanımıram heç, Bilmirəm ki nəçisən. Axı önəmi varmı? Ya fəhlə,ya hərbiçisən? ---------------------------------- Boş ver nə işlədiyini, Denən görüm necəsən? Həyatdan zövq almağı, Bacaran birimisən? ---------------------------------- Gözlərin necə baxır? Yorulubmu görəsən? Yoxsa daima gülür, Işıldayır,deyərsən? -----------------‐---------------- Gülüşündən danış, Neçə ağrı gizlədir? Baxışından danış, Necə durub zillənir? ----------------------------------
Ben de böyleydim:
"Sorun yok" diye kırılıyordum...