• Kitabda 6 ədəd hekayəyə yer verilib. Hekayələr ümumi olaraq məzmunca qısa olsa da bəziləri nisbətən daha uzun idi. Kitab ümumi olaraq doğru yolda irəliləməyi, kin güdmədən yaşamağı, acgözlü olmamaq kimi bəzi əxlaqi mövzulara toxunur. Hekayə oxumağı çox sevmədiyim(qısalığı səbəbi ilə) və açıq aydın şəkildə məsləhət verilməyə çalışan kitablar da son zamanlar diqqəti çəkmədiyinə görə kitaba 10 üzərindən 8 verdim.
• Kitabda olan hekayələr isə qısa olaraq bu şəkildədir:
1. Kitabla eyni ada sahib olan "İnsan neyle yaşar?" hekayəsində ayaqqabı ustası olan Semyonun bir gün evinə qayıdarkən yolda, kilsənin qarşısında, soyuqda paltarsız duran bir adamla qarşılaşması ilə başlayır. O həmin adamı geyindirir evinə aparır və burda Matryona ilə bu adamın adının Mihail olduğunu öyrənir. Mihail əslində bir mələkdir və o, cəzalandırıldığı üçün insan dünyasına gəlmişdir. Onun geri qayıtmağı üçün 3 şey öyrənməsi lazım gəlir. 1) İnsanda ne var? 2) İnsana nə verilməmişdir? 3) İnsan neyle yaşar?
2. Kıvılcımı sömdürmeyen Ateşi Zapt edemez hekayəsi əvvəllər ataları sağ olarkən yaxşı yola gedən və mehriban olan iki qonşunun vaxt keçib evdəki idarənin oğulları keçdiyi bir vaxtda necə bir birlərinə düşman kəsilməsi barəsində danışır və bunun onların necə axırlarına çıxardığını göstərir. Kindarlığı heç bir işə yaramadığı kimi adamı necə işində etdiyini şahidi oluruq.
3. Mum- Torpaq sahibi torpaqlarına nəzərət etməsi üçün bir adam işə alır və bu kahyanın adı Mihail Semyoniçdir. Kahya işçilərə zülm verir, onları döyür və öldürür. Belə ki, güc onu yoldan çıxarmışdı. Belə bir vaxtda işçilərin bəzi qismi onun öldürülməsini istəsə də biri pisliyə pislik ilə cavab verilməməsi lazım gəldiyini söyləyir. Əslində ən yaxşısını da o edir. Çünki kahya öz gücünün qurbanı olur, səhvini son anda anlasa da artıq
İnsan Neyle Yaşar?Lev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 2024234,2bin okunma
Jo Nesbonun yazdığı Harry Hole kitablarını seriya şəklində səsli kitab kimi dinləməyə davam edirəm.
(Hazırda kitab haqqında ümumi məlumat yazdıqdan sonra "spoiler"li fikirlərimi yazacam. Təbii ki, yenə əvvəlcədən bunu sizə bildirəcəm.)
• Kızılgerdan bu seriyanın üçüncü kitabıdır. Bu kitabda Harry Hole ilk 2 kitabdan fərqli olaraq öz vətənində- Norveçdədir. Kitab ilk başlarda zaman keçidləri və haqqında heç bir məlumatımız olmayan Norveçli əsgərlərin ikinci dünya müharibəsi zamanı xatirələri ilə insanı çaşdırır və hadisələri başa düşməyi çətinləşdirir. Amma narahat olmayın bütün bu danışılan xatirələr sonda birləşir və bütün suallarınız cavabını tapır.
• Kitabın ilk səhnələrində Harry və onun köməkçisi Ellen, Amerika prezidentinin Norveçə etdiyi səfər zamanı onun təhlükəsizliyi təmin edən polis əməkdaşlarından biridir. Bu zaman bir səhv və diqqətsizlik ucbatından öz işini edən Harry bir polisi vurur və onu yaralıyır. Nəticədə isə bu işi gizlətmək üçün onu fərqli bir mövqeyə keçirirlər. Artıq Harry burda tək başına və axır ki, istədiyi sakit həyatı yaşayacaqdır. Amma təbii ki, işlər burda bitmir. Ölkəyə çox təhlükəli sui-qəsd silahı daxil olur. Bu silahın nə üçün və kimi öldürmək məqsədi ilə gətirildiyi isə məlum deil. Dedektivimiz isə axtarış edərkən keçmişə, ikinci dünya müharibəsində iştirak edən insanlara qədər gəlib çıxır.
• Əslində kitabda o qədər hadisə baş verir ki, məsələ bu dəfə sadəcə bir cinayət deil. Yəni dediyim kitab başladığı nöqtədən çox fərqli bir yerə gedir ona görə bu əlaqəli hadisələr barəsində nəsə danışıb kitabın maraqlı olan hissələrini korlamaq istəmir. Sadəcə onu deyim ki, bu kitabda da "Harry"nin başı dərtdən qurtulmur yenə və yenə yazar bizi bəzi nöqtələrdə çox kədərləndirir.
( SPOİLER )
Bu kitabda hadisələri təxmin etmək digər kitablara