Sanki davam edəcəkmiş kimi, adi bir roman oxuyurmuş kimi davam edən oxumam sonda üzləşdiyim gerçəklə birlikdə bu kitabın əslində gerçək, həyatda həqiqətən də yaşamış birinin gündəliyi olması həqiqəti ilə məni alt-üst etdi. Boğazım düyümlənir deyə bir ifadə var, yazdıqca o hissi birə bir yaşıyıram. Açığı baş rolu uşaq və ya yeniyetmə olan kitablarda həmin baş rolların böyüməklərinə şahid olduğum kitabları çox sevirəm, amma çox təəssüf və kədərlə əsla Annenin böyüdüyünü görə və oxuya bilməyəcəm. Çünki onun həyatı bu gündəliyin son səhifəsində olmasa da, bir toplama kampında tək başına sonlandı.
Bir də atasının bu yazıları oxuyandan sonra necə kədərləndiyi fikirləşmədən dura bilmirəm. Həyat çox qəddar ola bilir. Bir atanın ailəsindən geriyə qalanın sadəcə onu çox sevdiyini hər səhifəsində qeyd etdiyi qızının gündəliyi olduğu kimi. Sadəcə bu gündəlik ona qızının düşüncələrini bölüşür amma eyni zamanda da hər səhifədə ona ən böyük acıları yaşadır.
Korlar ölkəsində yazar fərqli olanın necə başqaları tərəfindən qəbul edilmədiyini fantastik bir hekayə tərzində bizlərə göstərib. Mənə görə fərqlilik həm bizlərə verilən ən böyük yaxşılıq həm də doğru insanlarla qarşılaşa bilməyəndə ən böyük əziyyətimizə çevrilən bir nemətdir. Hamımızın həyatında bir dəfə də olsun hiss etdiyi bu duyğu bu kitabda insana xas olan görmə qabiliyyətinin təmamilə inkar edən insanlar ilə yenidən bizlərə yaşadılıb. Belə ki, özümüzü bir anlıq baş rol yerinə qoyub eyniylə kitabın başında olduğu kimi, bu qədər önəmli gördüyümüz bu qabiliyyət ilə hətta onların kralı ola biləcəyimizi düşündüyümüz andan əslində gözlərimizdən əl çəkib onlar kimi olmalıyam deyəcəyimiz ana qədər enirik. Çünki fərqli olan insanlar tərəfindən qəbul olunmur. Çünki fərqli olan bir möcüzə kimi deil də bir fəlakət və yük olaraq qəbul edilir. Bu nə qədər fantastik bir hekayə də olsa insanların etdiyi bəlkə də ən bioloji olan hissdir. Amma biz insanlarda bu bioloji tərəflərimiz ilə yanaşı sosial və fərdi individual tərəflərimiz də var ki, əslində bunlar bizi heyvanlardan fərqləndirən tərəflərdi. Sözümün canı biz heyvanlanlardan fərqli olaraq bu bizə görə "zəif" olanı kənarlaşdırmamalı onu hər halı ilə qəbul etməliyik. Amma təbii ki, bu inkişaf etməmiş və üstəlik inkişafdan qorxan insanların heç vaxt qəbul edə bilməyəcəyi bir şeydi. Eyniylə bu kitabdakı Korlar ölkəsi insanları kimi.
P.S. (SPOİLER) Kitabda ən gülməli olan bilirsiz nədi eyniylə gerçək dünyadakı kimi bir nöqtə bu Korlar ölkəsindəki insanları guya ki, bu yeni görən baş rolumuzu qəbul edirlər. Amma gəlin görün ki, bir nöqtədə bu qəbullanılmış insan eyniylə onlar kimi sevdiyi insanla bir yuva qurub yaşamaq istədiyi dəqiqədə yenidən kənarlaşdırmalı olan o, insana çevrilir. Və hələ bu da azmış kimi çox önəmli
Körler ÜlkesiH. G. Wells · Kolektif Kitap · 20183,690 okunma