Günün kitabı..
Xalid Hüseyni • Çərpələng uçuran
Əvvəla qeyd edim ki, Xalid Hüseyni əfqan əsilli Amerika yazıçısıdır.
Oxuyarkən ağladığım kitabların siyahısı çox uzun deyildi amma " Çərpələng uçuran" bu siyahıya uğurla daxil oldu.
Kitabda dostluq , sevgi, vətən eşqi , keçmişdən qurtulma çabaları, günahlarla üzləşmə , həyatın 1 anında necə dəyişməsi , Əfqanıstanın müharibədən əvvəlki və sonrakı vəziyyətindən ustalıqla söz edilmişdir.
Kitabın baş qəhrəmanları Əmir və Həsəndir. Əmir varlı bir ailənin oğlu, Həsən isə qulluqçunun oğludur. Buna baxmayaraq təbəqə fərqi amili dostluqları üçün mane olmur.
Amma günlərin bir günü çərpələng yarışı sonrası Həsənin başına gələn pis bir hadisə və ən əsası Əmirin buna qıraqdan sakitcə baxması Əmiri həyatı boyu vicdan əzabı ilə üz-üzə qoyur.
Əsərdə gözümün dolduğu bir neçə nüans oldu . Bunlardan biri Həsənin onu hələ doğularkən atıb gedən anasına qarşı illər sonra rastlaşınca göstərdiyi mərhəmət idi.
Digər məsələ Əfqanıstanın müharibədən sonrakı vəziyyəti , dağılmış küçələr , kimsəsiz uşaqların acı taleyi insanın qanını dondurur..
Əsərdə Əmirin və əsərin sonuna doğru məlum olur ki, elə Həsənin də atası olan Baba obrazı diqqətimi hər kəsdən çox çəkdi. Hər kəsin hörmət etdiyi, ehtiram göstərdiyi , minlərlə əfqana yaxşılığı toxunmuş , ölkədən qaçan zaman heç tanımadığı bir qadının namusunu qoruyan, Əmirə " molla nə öyrədir öyrətsin dünyada sadəcə bir günah var - oğurluq. Sən birini öldürəndə onun həyatını oğurlayırsan, uşaqların atasını, yalan danışanda başqasının həqiqətini oğurlayırsan"və s deyən Baba necə olur ki, özü uşaqlarına yalan danışıb onların qardaş olduğu həqiqətini oğurlaya bilir?!
Və fikrimi elə əsərdə deyilən "Əfqanıstanda uşaqlar çoxdu , uşaqlıq yoxdu..." sözləri ilə bitirmək istəyirəm.
Ümid edirəm ki, bütün