Tarlan A. Latif

Puan vermedi·240 syf.··
2021 102. kitabı
·
27 günde okudu
·
Okunma: 11 Aralık 2021 00:07
Mutluluğu kaybettiğin yerde arama : Beyhan Budak (Beyhan Budak ) * collection of some memories Öncəliklə, seminarına gedə bilməsəm də, mənə kitabı imzaladıb hədiyyə edən dostum Aliyəyə təşəkkürlə başlamaq istəyirəm. Beyhan demiş, ətrafımda gözəl insanlar toplamışam! ‍️ Beyhan Budak oxuyanlar, dinləyib yaxud izləyənlər asanlıqla kitabın çox oxunaqlı, anlaşıqlı və sadə dillə yazıldığını təxmin edə bilərlər. Budakda ən bəyəndiyim millətini çox yaxşı tanıması, məsələlərə gətirdiyi həllər və diaqnozların çox praktiki və realist olmasıdır. Düzdür, kitabı oxuyarkən, “axı mən bunların hamısını bilirəm, yeni heç nə öyrətmir, niyə vaxt itirib oxuyuram axı?” sualı yarana bilər. Lakin əsas məsələ kifayət qədər fərqindəliklə, biliklə və təcrübə ilə hələ də özümüzə, digər insanlara haqsızlıq etməyimiz məsələsidir. Sevginin, minnətdarlıq duyğusunun, güvənin vacibliyinə bələd olduğumuz halda bunu məhz elə ilk başda özümüzdən əsirgəməyimizdir. @my.libros Nigar demiş, insanlar 2 cür olur: hərəkətinin fərqində olanlar, və bundan məhrum fərqindəliyi olmayan insanlar. Odur ki, kitab bizi fərqində olmağa, özümüzün potensialımızı (yaradıcı və dağıdıcı) kəşf etməyə, daha çox sevməyə səsləyir. Və əziz @turkanvusat Türkanın da dediyini #beyhanbudak təsdiqləyir ki, hər günə həyatımızdakı gözəlliklərə görə minnətdarlıq hissi ilə bunu ifadə edərək başlamaq hər şeyi daha gözəl və mümkün, əlçatan edir. Odur ki, Beyhan demiş “Kendine iyi davran güzel insan!”
Psikoloji
Mutluluğu Kaybettiğin Yerde AramaBeyhan Budak · Sahi Kitap · 20216,4bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim

Tarlan A. Latif

, bir kitap okudu
Puan vermedi·240 syf.··
27 günde okudu
·
2021 102. kitabı
Beyhan Budak
8.7/10 · 6,4bin okunma

Tarlan A. Latif

, bir kitap okudu
7/10
·225 syf.·
Beğendi
·
23 saatte okudu
·
2021 97. kitabı
Walter Tevis
7.9/10 · 1.344 okunma