Əsərdə əqli cəhətdən qüsurlu olan insanlara cəmiyyət tərəfindən olunan acımasız davranışlar, kobudluqlar və suistifadə ətraflı təsvir olunmuşdur. Ağıldan kəm Çarlinin əməliyyatdan sonra intellekti artdıqca anlamağa başlayır ki, ətrafında dost saydığı insanlar məhz özlərini daha üstün hiss etmək üçün onunla vaxt keçirirlər. Lakin ️özünün də intellekti artdıqca özündən aşağı insanları incitməyə, qəddarcasına rəftar edirdi.
şəxsiyyətin ikiləşməsi çox maraqlı ardıcıllıqla baş verir. İlk başda dahi Çarli ağıldan kəm, uşaq Çarlinin onu izlədiyini düşünsə də, əsərin sonlarına doğru əvvəlki intellekt səviyyəsinə qayıtdıqca dahi Çarli onu izləməyə davam edir.
Bütün əsər və anasının ümidi Çarlinin ağlı olub olmamasına bağlı olsa və bunun üzərində qurulsa da, məlum olur ki, əslində bunun heç bir əhəmiyyəti yoxdur. Çarli sadəcə heçkimdir, təkdir və daim tək qalacaq.
Digər bir maraqlı məqam isə emosiyonal zəka və intellektin bir-birini eyni ardıcıllıqla izləmədikdə yaranan psixoloji problem, çətinlikdir.
️Ray və Nemur obrazları isə bir-birinə tamamilə zidd obrazlardır. Professor Nemur nə qədər ağıllı, məntiqli və soyuqdursa, ağıl və məntiqlə hərəkət edirsə, rəssam Ray bir o qədər məqsədsiz, istiqanlı və hissləri ilə qərar verən bir obrazdır. Çarli isə sonlara yaxın başa düşür ki, birmənalı olaraq ikisi arasında - mütləq seçim etmək məcburiyyətində deyil.
Ağrılı haldır ki, Çarlinin dünəni ona bu gününü yaşamağa imkan vermir. Uşaqlıq travmaları, ağrıları yaratdığı suallarla onu bərk incidir və şübhələr yaradır.
: Çarli #johnmilton -nun #paradiselost (itirilmiş cənnət) əsərini oxuyur. Tibb bacısı isə əməliyyatdan sonra bunu şeytan əməli olduğunu qeyd edərək yenə Adəm və Həvvadan bəhs edir. Çarlinin əməliyyatı bir növ bilik ağacını simvolizə etdiyi kimi, əməliyyatdan sonra acı