Tarlan A. Latif

9/10
·376 syf.··
Beğendi
·
2021 77. kitabı
·
10 günde okudu
·
Okunma: 15 Ağustos 2021 08:57
“You never really understand a person until you consider things from his point of view- until you climb into his skin and walk around in it”. Atticus Amerikan roman tarixində özünəməxsus yer tutan irqi, cinsi ayrıseçkilik, sosial sinif fərqi, təhsil və cəhalət, ailə və cəmiyyətlə qarşılıqlı münasibət kimi mövzuları özündə ehtiva edən “Bülbülü öldürmək” 1961-ci ildə #pulitzerprize layiq görülmüşdür. Şübhəsiz ki, Harperin ən uğurlu əsəri hesab olunur və son dövrlərdə qaradərililərə qarşı yenidən artan nifrət hadisələrinə görə öz aktuallığını qoruyur. Əsəri romanın ən kiçik obrazı Scout (Jean Louise Finch)-un dilindən oxuyuruq. Scout qardaşı Jem və Dill ilə vaxtını keçirib, məktəb yaşından öncə oxuyub-yazmağı öyrəndiyi, geyim, hərəkət və davranışlarına görə cəmiyyətin “qız” sterotipinə uymadığı üçün ( #tomboy) daim qınaqlara tuş gəlir. Lakin atası Atticus humanist və tolerant bir insan olduğu üçün övladlarını çox sevir və onlarla faydalı vaxt keçirir. Onlara oxumaqla yanaşı empatiya, sevgi, cəsarət və ədalətsizliklə mübarizəni məhz o öyrədir. Vəkil kimi daim qaradəriləri müdafiə edən, daim problemlərini həll edən Atticus digər insanlar tərəfindən #nigerlover adlandırılır, hətta oğlu Jem ilk başlarda bunun mahiyyətini anlamadığı üçüm bundan xəcalət çəkir. empatiya- qarşındakı insanın vəziyyətində olmadığın müddətcə onu anlaya yaxud mühakimə edə bilməzsən; bülbülü öldürməmək- bülbül heç nəyə ziyan vurmadığı üçün onu öldürmək günahdır; həyat ədalətsizdir- ağdərili zənci sırf irqinə görə günahsız qaradəriliyə qarşısındakı ağdərili olduğu üçün cəza verir. Qadınlar siyasi hüquqlardan məhrum olduğu kimi, məhkəmədə şahid kimi də qəbul olunmurlar. Bir də bunu qaradərli qadın üçün təsəvvür edin, mənzərə azı 2 qat ağırdır, çünki onlar deil şahid, insan olaraq qəbul
Amerika
To Kill a MockingbirdHarper Lee · Grand Central Publishing · 198888,7bin okunma
Reklam

Tarlan A. Latif

, bir kitap okudu
9/10
·325 syf.··
Beğendi
·
9 saatte okudu
·
2021 78. kitabı
Daniel Keyes
8.8/10 · 36,7bin okunma
6/10
·432 syf.··
Beğendi
·
2021 76. kitabı
·
5 günde okudu
·
Okunma: 03 Ağustos 2021 15:44
Yaşam uğrunda mübarizə, bağlılıq hissi, yalnızlıq, tərkedilmişlik, fiziki və mənəvi şiddət, məktəbdə zorakılıq və daha bir çox mövzunu əhatə edən, başladığınız sürətlə bitirəcəyiniz bir roman. Əsər tvist sonluqla bitdiyi kimi hadisələr də iki fərqli zamanda cərəyan edir. İlk başda Kya Clarkı kiçik bir qızı tanısaq da, növbəti fəsildə Chase Andrews bataqlıqda cəsədi ilə bizi qarşılayır. Müəllifin təhsili zoologiya üzərinə olduğu üçün peysajın, heyvanların çox güclü təsvir və təhlilini aparmışdır. Sözügedən mövzular çox dərin olsa da oxuduqca çox səthi yanaşıldığı, sanki sadəcə yüngül bəhs olunduğu hissi yaranır. Formal təhsilinin olmadığı halda daha sonradan bataqlıq haqqında tədqiqat xarakterində elmi kitablar müəllifi olan Catherine (Kya) Danielle Clarck `learning by doing`, müşahidə nəticəsində meydana gələn təhsilin, savadın maraqlı nümunəsidir. Əsərin adı "where the crowdads sing" Ma (anasının) Kya üçün istifadə etdiyi bir cümlədir. Qızını bataqlıqdan bacardığı qədər uzağa gedib dünyanı kəşf etməsi üçün istifadə etdiyi, ruhlandırıcı cümlə idi. Spoiler alert : Əsər açıq sonluqla bitir, odur ki, oxucu isətədiyi reallığa sahib olur və qərarını verir. Kya qatildir yoxsa yox.
Edebiyat
Kya'nın Şarkı Söylediği YerDelia Owens · Salon Yayınları · 20253,783 okunma
8/10
·219 syf.··
Beğendi
·
2021 75. kitabı
·
3 günde okudu
·
Okunma: 31 Temmuz 2021 19:57
Неточка Незванова Özünə və istedadına vurğun ögey ata, uşağına qayğı göstərməkdən aciz xəstə ana və səfalət, ölüm, yalnızlıq və istismarı erkən uşaqlıqdan dadan Anna “Netoçka”- Dostoyevski tərəfindən 1 il qədər qısa zamanda yazılmış və yarımçıq qalmış bir romana xoş gəlmisiniz! Əsərin ilk hissəsində Netoçkanı ögey atasının hekayəsini danışmağa başlayanda tanımağa başlayırıq. Özünə vurğun, istedadlı skirpka ifaçısı Yefimov tənbəlliyi ucbatından heç vaxt arzuladığı şöhrətə çata bilmir, baxmayaraq ki, bu işdə daim yüksək səslə gətirməyən bəxtini və xəstə həyat yoldaşını günahlandırır. Dünyada özündən talantlı və bacarıqlı skiripka ifaçısının olma ehtimalını qəbul etmir, bu fikir onu dəli etməyə kifayət edirdi. Tənbəlliyi, insanlarla ünsiyyət probleminə görə işsiz və səfil vəziyyətində, içki ilə ayaqda qalırdı. İçki üçün pulu isə ona bağlanan Netoçkanın hisslərini istismar edərək ondan alırdı. Netoçka isə öz növbəsində atalığını sevir, onun xəyali dünyasında yaşayır, bir gün anası olmadan atası ilə bu səfil məhəllədən, evdən qaçağına inanır, daha gözəl həyata qovuşacaqları gün üçün həyəcanla gün sayırdı. Birinci hissə Netoçkanın anasının (böyük ehtimal ki Yefimov tərəfindən) və atalığının ölməsi və onun yetim qalması ilə başa çatır. İkinci hissədə, alicənab Şəhzadə X qorxmuş və ağlayan Netoçka ilə küçədə qarşılaşır, Yefimovun qızı olduğunu biləndə (atasına sənətkar kimi kömək və hörmət edirdi) övladlığa götürür və evinə aparır. Öz qızı kimi rəftar edərək sarayda yaşamasını təmin edir. Ciddi sosial dəyişiklik, ana-atasının ölümü Netoçkanın ağır xəstələnməsi ilə sonlanır, yavaş-yavaş sağalır və Şəhzadənin qızı Katya ilə tanış olur. İlk başda Katya Netoçkaya çox əziyyət verib onu alçaldaraq incitsə də sonradan çox yaxınlaşırlar. Netoçka həyatında ikinci dəfə aidiyyət
Dünya Klasikleri
Netoçka NezvanovaFyodor Dostoyevski · İletişim Yayınları · 20163,052 okunma