Tarlan A. Latif

Tarlan A. Latif

, bir kitap okudu
8/10
·219 syf.··
Beğendi
·
3 günde okudu
·
2021 75. kitabı
Fyodor Dostoyevski
8.2/10 · 3.052 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
7/10
·184 syf.··
Beğendi
·
2021 74. kitabı
·
10 saatte okudu
·
Okunma: 27 Temmuz 2021 17:18
Dostoyevskinin 23 yaşında qumar borcundan boğaza batdığı və debüt romanı olaraq 9 ay ərzində qələmə aldığı `Бедные люди` Makar Devuşkin və Varvara Dobroselova-nın bir-biri ilə olan məktublarından ibarətdir. Kasıblıq, aclıq, səfalət, varlı-kasıb münasibətləri, bədxərclik, sevgi kimi mövzular əsərin əsasını təşkil edir. Məktublaşmanın başından sonunadək Makar Varvaraya olan eşqini açıq şəkildə elan etməsə də ən sonuncu məktubunda hisslərini bütün açıqlığı ilə ortaya qoyur. Lakin roman sona çatdığından bizim üçün sual olaraq qalır. Makar Alekseyeviç Devuşkin 47 yaşında (Dostoyevski ənənəsinə sadiq qalaraq baş obrazı 40-lı yaşlarda seçib) sənədlərin üzünü köçürən, səfalət içində yaşayıb iş yoldaşları tərəfindən hörmət olunmayan bir məmurdur. Bütün həyatını Varvaranın xoşbəxtliyinə, maddi ehtiyaclarının ödənilməsinə həsr edib. Makarın soyadı Devuşkin `девочка`, yəni qız (yəqin ki, saflıq, bakirəlik) sözündən törəmişdir. Varvara Alekseyevna Dobroselova əvvəlcə atasını, daha sonra anasını itirmiş, dostları və yaxınları olmayan yetim bir qızdır. Ətrafında özünə tək yaxın hiss etdiyi Makardır və onunla mütəmadi olaraq məktublaşır. Əsərin sonlarına doğru səfalətə, aclığa və xəstəliyə dözməyərək Bıkovla ailə həyatı qurmağa razılıq vermişdir. Varvaranın soyadı Dobroselova isə `добро` sözündən yəni yaxşı, təmizqəlbli mənasından törəmişdir. Dul və xəsis Bıkovun soyadı isə `бык` yəni öküz sözündən törəmişdir və `güc`ü təmsil edir. Dostoyevski Puşkin və Qoqoldan təsirlənmişdir. Odur ki, əsərdə Varvara qənaət etdiyi 30 rubl ilə Pokrovskiyə doğum günündə Puşkinin əsərlərinin toplusunu hədiyyə edir. Varvara ilə Makarı bir-birinə bağlayan əsas bağ isə onların ədəbiyyata olan sevgisidir. Onlar bir-birlərinə məktub ilə yanaşı kitab da göndərirdilər. Lakin həmin dövrdə qiraətçilər
Dünya Klasikleri
İnsancıklarFyodor Dostoyevski · Can Yayınları · 202376,9bin okunma
10/10
·140 syf.··
Beğendi
·
2021 73. kitabı
·
1 saatte okudu
·
Okunma: 22 Temmuz 2021 13:52
NOTES FROM UNDERGROUND Fyodor Dostoyevsky Adsız qəhrəman 1860-cı illər Peterburqunda yaşayan, 40 yaşında, kiçik bir miras qaldığı üçün məmurluqdan ayrılmış, tənha bir kişidir. Dostoyevskinin bir çox əsərində 40 yaşı seçməsi təsadüfi xarakter daşımır. Onun fikrincə bu yaş mərhələsi kamilləşmə və insanın özünü daha çox tanıdığı, özü ilə üzləşdiyi zamandır. Roman obrazın xatirələri əsasında qələmə aldığı qırıq-qırıq, məntiqi ardıcıllığı olmayan, reallıqdan çox onun öz fikirlərini əks etdirən, və tez-tez təkrara əsaslanan qeydlərdən ibarətdir. Əsər boyu baş obrazın müasir cəmiyyətdən uzaqlaşmasının, və maarifli, savadlı hər bir kəsin bu bəlaya düçar olacağı düşüncəsi ilə rastlaşırıq. Əsər iki hissədən ibarətdir. `Underground` yəni `yeraltı` adlanan birinci hissə qısa və baş obraz haqqında məlumat xarakterini daşıyır. İkinci hissə isə 1840-ci illərdə, yəni obrazın 24 yaşına təsadüf etditi günlərdə qarşılaşdığı xüsusi hadisələrdən bəhs edir. Bu hissədə obrazın romantizm cərəyanından, gözəllik vurğunu olduğu illərdən necə dəyişilərək yetkinləşdiyinin, cəmiyyətin müxtəlif simaları olan, əsgərlər, köhnə sinif yoldaşları, fahişələrlə olan münasibətinin, alınmayan dostluğunun, onlara qarşı duyduğu nifrət, tiksinmə və hissləri ilə tanış oluruq. “Yeraltındakı adam”ın ən sevdiyi filosof məhz #immanuelkant -dır. Tez-tez onun fəlsəfəsindən çıxış edir. 18-ci əsrin 60-cı illərində məşhurlaşan Kant, insanın təbiətən rasional varlıq olduğuna inanırdı. Fransa burjua inqilabı vətəndaş anlayışı, konstitusiya, respublika və insan hüquqları anlayışının formalaşması ilə nəticələndi. Yeraltından qeydlər Dostoyevskinin ikinci romanıdır, cəmiyyətə olan nifrətinin təcəssümüdür və fəlsəfi monoloq- roman xarakteri daşıyır. Baş obrazı anti-qəhrəman olan bu roman Dostoyevskinin ən çox yarımçıq
Dünya Klasikleri
Yeraltından NotlarFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2025159,5bin okunma
10/10
·112 syf.··
Beğendi
·
2021 72. kitabı
·
8 günde okudu
·
Okunma: 21 Temmuz 2021 13:28
“ İnsanlar qorxaq doğulmazlar. Onları qorxağa çevirən bizlərik. Ailə və məktəbdə verdiyimiz tərbiyö, hökümətdə istifadə etdiyimiz üsullardır vətəndaşı qorxağa çevirən. Uşağa cinlərdən, pərilərdən, süpürgəsaqqallardan, divlərdən, ruhlardan söz açıb qorxutmaq istəyirsinizsə, həmin uşağın ruhuna ta beşikdən qorxaqlıq toxumu əkmiş olacaqsınız! “ Azadlıq mələyinə vurulmuş, istibdaddan qaçan, məntiqi, ağlı, ruhu və qəlbi ilə bütün qanunlarını, nizamanməsini qəbul etdikdən sonra Sərbəst İnsanlar Ölkəsinin vətəndaşına çevrilən Əhməd bəy Ağaoğlunun fəlsəfi, siyasi, psixoloji və sosioloji analizləri əsasında qələmə aldığı əsər. Şuşalı Əhməd bəyin bu əsəri bir növ sual-cavab əsasında hekayə şəklində qələmə alınmışdır, qədim yunan filosofu Sokratın üslubuna bənzəyir. Hekayə 1930-cu ildə nəşr olunub və hardasa 100il ötsə də cəmiyyət eyni problemlərlə doludur. Əsərdə təhsilin, qorxaqlığın, ikiüzlülüyün, yalançılığın, xəbərçiliyin və s kimi məsələlərin dərininə enir və azadılıqla birbaşa əlaqəsi izah olunur. Sərbəst İnsanlar Ölkəsinə daxil olmaq istəyən insana qapıda keşikçilər əsas dörd sualı verir: 1. Tamahına yiyə durursanmı? 2. Doğrunu sevirsənmi? 3. Həqiqətə dözümün varmı? 4. Ləyaqət sahibisənmi? Və Sərbəst İnsanların Əsas Yasası 14 qanundan ibarətdir. Yeni vətəndaş olmaq istəyən şəxsə bu qanunları oxuyub qavramağa və and içməyədək vaxt verilir. Vətəndaş tam hazır və bütün qanunları qəbul etməyə hazır olduqdan sonra vətəndaşlıq andı içir. Hekayənin yazılış üslubu çox maraqlıdır. Hər bir məhfum izah edilir və misallar çəkilərək göstərilir. Bir növ tədqiqat metodları dərsini xatırladır. Məncə mütləq oxunmalı və dərs çıxarılmalı əsərdir. Xüsusən də, valideynlərin, müəllimlərin və ictimai işlərlə məşğul olan şəxslər tərəfindən.
Azerbaycan
Serbest İnsanlar ÜlkesindeAhmet Ağaoğlu · Gram Yayınları · 2014205 okunma