Tarlan A. Latif

Tarlan A. Latif

, bir kitap okudu
Puan vermedi·162 syf.·
1 saatte okudu
·
2021 64. kitabı
İsa Muğanna
8/10 · 7 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
9/10
·592 syf.··
Beğendi
·
2021 63. kitabı
·
5 günde okudu
·
Okunma: 29 Haziran 2021 13:33
29 iyun, bu gün Nigar Rəfibəylinin 108-ci doğum günüdür! Hər kitab öz vaxtına çəkər deyə bir fikir var və necəsə hər dəfə bu fikir öz təsdiqini tapır. Kitabı fevralda alsam da oxuyub bitirmək Nigar xanımın ad gününə rast gəldi. Əvvəla ondan başlayaq ki, ANAR “A’nam N’igar, A’tam R’əsul” əfsanəsindən yox, anmaq, yada salmaq sözündən, fikrindən irəli gələrək qoyulub. Günel xanım deyirdi ki, onların ailəsində fərqli ad qoymaq bir adətdir. Kitab 3 (üç) hissədən ibarətdir. Birinci hissə atası Rəsul Rza, ikinci hissə anası Nigar Rəfibəyli, üçüncü hissə adlandıra biləcəyimiz isə xatirə povest, Rəsulun xalası-əmisioğlu yazıçı Ənvər Məmmədxanlı haqqında yazdığı “Həyatım ağrayır”dır. Xarakter etibari ilə içəqapanıq olan Anar, bu əsərdə bütün hisslərini, içəri dünyasını, qorxularını oxucu ilə paylaşır. Əsəri iki il müddətində (1981-83) qələmə alır. Bəzi müəlliflər var ki, siz onları ailəniz kimi hiss edirsiniz, odur ki, Rəsul Rza, Nigar Rəfibəyli haqda oxuduqca, insan doğma nənə-babası barədə əhvalat dinləyirmiş kimi hiss edir. Mən Anarın qələmi ilə tanış olduqca bir sual məni çox maraqlandırırdı. Bu qədər qayğılara rəğmən Nigar necə yazıb yaradıb? Oxuduqca başa düşdüm ki, Nigar mən düşündüyümdən də qayğıkeş, əməksevər, zəhmətkeş ana, həyat yoldaşı, bacı, nənə, vətəndaş, ən sonda isə şair(ə) olub. O sən demə yaradıcılığının heç bir (1 %) faizini belə vərəqə tökə bilməyib. Təbiətən Rəsul Rza insanları, səs-küyü sevirmişsə, Nigar bir o qədər tənhalığa, sakitliyə, yalnızlığa meyilli imiş. Odur ki, Virginia Woolfun “one’s own room” əsəri və ideyası öz təsdiqini tapır. Əsər boyu Anarın çəkdiyi dərin kədər, üzüntü, atasının ölümünü əziz anasından gizlətməsində dilemma duyulur. Bəlkə də yazdığı əsərlər, çəkdiyi Üzeryir Ömrü idi onu bu dərin sarsıntıdan sağ çıxaran. Xülasə, xoş
Edebiyat
SizsizAnar Rızayev · Yazıçı Nəşriyyatı · 199220 okunma

Tarlan A. Latif

, bir kitap okudu
9/10
·592 syf.··
Beğendi
·
5 günde okudu
·
Okunma: 29 Haziran 2021 13:33
·
2021 63. kitabı
Anar Rızayev
8.9/10 · 20 okunma
Puan vermedi·112 syf.··
Beğendi
·
2021 62. kitabı
·
26 saatte okudu
·
Okunma: 26 Haziran 2021 22:48
hukuk ve idare adamı olarak Osmanlı devletinde KADI Hərçənd ki, kitabları İlber hoca 2019-un mayında imzalayıb, mən indi yekunlaşdıra bildim. Əvvəla İlber Ortaylıdan əsər seçərkən nəzərə almaq lazımdır ki, o tarixçidir və yazdığı əsərlər bədiidən çox elmi xarakter daşıyır. Bu isə öz növbəsində sizdən bir qədər yaxşı öyrənilmiş türk dili tələb edə bilər. #birömürnasılyaşanır dili nə qədər sadə idisə, #hukukveidareadamıolarakosmanlıdevletindekadı kitabında bir o qədər hüquqi terminlər, osmanlıca ifadə və sözlər yer almaqdadır. Düzdür, sözügedən ifadələrin izahı və tərcüməsi qeyd olunur, amma bu proses ümumi oxu sürətinə və axıcılığa təsir edir. Kitabın məhz hüquqşunaslar, yaxud tarixçi, tədqiqatçılar üçün yazıldığını düşünmürəm. Əksinə bu mövzuda məlumatı olmayan oxucu kitabın sonunda xeyli məlumat əldə etmiş olur. Kitabda yalnız Osmanlı dövlətinin deyil, həmçinin digər dövlətlərin də hüquq sistemi, tarixi analiz olunur. Kadı vəzifəsi islam dövlətlərində sadə məmur vəzifəsi olsa da, osmanlıda ciddi hakimlik idi. Odur ki, islam dövlətlərində islam hüququnu mükəmməl bilmək kadı olmaq üçün kifayət idisə də, Osmanlı dövlətində KADInın mədrəsə təhsili olmalı, lazımi imtahanlardan keçərək “İstanbul Ruusu” dərəcəsinə yiyələnməli idi. Kadı təyin oldunduğu yerdə iki (2) il fəaliyyət göstərə bilərdi. Vəzifədən suistifadə isə ya edam, ya da vəzifədən azadedilmə ilə nəticələnirdi. Kadılar hüquqi məsələlərlə yanaşı ticarət, iqtisadiyyat, təhlükəsizlik, məscid və təhsil idarəsində də söz sahibi idilər.
Hukuk ve İdare Adamı Olarak Osmanlı Devleti'nde Kadıİlber Ortaylı · Kronik Yayıncılık · 20201,535 okunma
İnsan anlamağa qadirdirsə, heç bir məhrumiyyət, çətinlik, zərbə onu sarsıda bilməz. Mən xoşbəxtəm ki, anlamağa qadirəm.
Sayfa 53·Kitabı okudu