Tarlan A. Latif

Tarlan A. Latif

, bir kitap okudu
Puan vermedi·228 syf.·
9 günde okudu
·
2021 58. kitabı
Elena Favilli
8.7/10 · 300 okunma
Reklam
10/10
·352 syf.··
Beğendi
·
2021 56. kitabı
·
12 günde okudu
·
Okunma: 10 Haziran 2021 21:19
#mustreadbook • memuarın ümdə amalı biliyin, təhsilin gücü, meydana gətirəcəyi dəyişikliklər, əsasını qoyacağı gözəllikləri, əsas da qazandıracağı azadlığı vurğulamaqdır. Tara elə bir ailədə böyüyür ki, ailəsi dövlətə, təhsilə, hətta səhiyyəyə şeytanın işi kimi baxır və qətiyyətlə həyatlarından uzaq tuturlar. • təhsillə bağlı kiçik işartılar Taranın diqqətindən qaçmır və o təhsil qazanmaq ailəsini itirmək bahasına da olsa bu yolu seçir. Bütün reallıqları atasının gözündən görən Tara oxuduqca təhsilin, kitabların ona qazandırdığı baxış bucağına, dünya görüşünə və gücə vurulur. • hər dəfə döyüləndə yaxud cəza ilə qarşılaşanda özünü günahlandıran Tara, daha sonra dərs müddətində şizofreniya, bipolar pozğunluq barədə öyrənəndən sonra ailəsində bu psixoloji xəstəlikdən əziyyət çəkənlərin fərqinə varır. • təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ailəsi sevgisini heç vaxt əsirgəməsə də (təbii ki nümayiş müxtəlif ola bilər) psixoloji problemlərlə üzləşən ailə üzvləri sağlam Taranın isə depresiya yaşamasına, daim özünü günahlandırmasına, hətta öz yaddaşına, ağlına şübhə etməsinə gətirib çıxarır. • Tara maarifləndikcə özgüvən, özünə dəyəri, özünü qiymətləndirməyi öyrənir. Yeni dostlar, əhatə və sağlam mühit qazanır, və anlayır ki, artıq yalnız ailəsindən asılı deyil. • yaralar isə həm psixoloji həm də mental xarakter daşıyır. Atası ilə çalışarkən Tara, digər ailə üzvləri kimi dəfələrlə yaralanır, xəstəxanaya getmədən anasının məlhəmləri ilə sağalır, lakin qardaşı, atası tərəfindən məruz qaldığı psixoloji təzyiqlər onu uzun müddət tək buraxmır. • mənim ən yadımda qalan isə, Taranın ilk ağrıkəsici dərmanı qəbul etdiyi an idi. Təhsilə başlamaqla inkişaf etmiş o addım ilk dərmanın qəbulu ilə formalaşır və Tara azadlığına doğru, ailəsindən isə uzağa olan bu addımı məhz o
Educated: A MemoirTara Westover · Random House · 20184,790 okunma
Katliam kelimesi geliyordu akla çünkü katliamdı bunun karşılığı. Tek tarafın savunma yapmadığı bir savaşın karşılığı olan buydu.
Sayfa 37·Kitabı okudu
10/10
·416 syf.··
Beğendi
·
2021 55. kitabı
·
7 günde okudu
·
Okunma: 21 Mayıs 2021 18:52
Madeline Milleri Circe ilə tanımış olsam da, onun ilk əsəri 2011-ci ildə qələmə aldığı, 2012-ci ildə Orange mükafatına layiq görülmüş `The Song of Achilles`dir. Circe məndə 2013-cü ildə təhsilini aldığım yunan mifologiyasına elə bir sevgi ilə geri qaytarmışdı ki, düşünmədən ilk kitabını da almışdım. Amma aradakı vaxtdan istifadə edərək yenidən yunan mifologiyasını daha dərindən oxumuşdum. Yunan mifologiyası hansı müəllifdən oxuduğunuza görə dəyişən, bir çox alternativi olan dünyadır. Madeline Miller isə öz dünyasının yaradır. Homerin Axillesi, Troyası və qəhrəmanları ilə Millerin dünyası kəskin olmasa da, təməl fərqləri özündə əks etdirir. Miller Troya müharibəsinin 10 (on) il davam etməsinin səbəbini Axillesin Hektorla qarşılaşmasını uzadmaqda görür. (Kiçik qeyd)- Axilles yarı allahdır, anası dəniz nimfası, ilahsəi Thetis, atası isə kral Peleusdur. Thetisin gəncliyində 3 yaşlı öncəgör qadın tərəfindən `dünyaya gətirəcəyin oğul atasından daha güclü olacaq` kəhanəti Allahların ondan uzaq durması və fani kralla evlənib Axillesi dünyaya gətirməsi ilə nəticələnir. (Spoiler) Oğlunu ölümlü etmək üçün hər yola əl atan Thetisin, ən son topuğundan tutaraq Styx çayına salıb-çıxarır amma ifadə halına gəlmiş `Axillesin dabanı` bu əsərdə oxla vurularaq öldürüldüyü yer deyil. Kəhanətə görə Axilles iki seçim qarşısında qalır ya uzun amma kimsə tərəfindən tanınıb-xatırlanmadan yaşayacaq, ya da çox qısa amma dillərə dastan şöhrəti olacaq. Təbii ki, o şöhrəti seçir və `Aristos Achaion` (yunanların ən güclüsü) hesab edilir. Axilles öldükdən sonra bu adı Deidameiadan olan, anası Thetis tərəfindən böyüdülən Neoptolemos (yeni qəhrəman) (Phyrros-atəş, saçlarının rənginə görə) daşıyır. Kəhanətə görə Axilles Troyanın ən güclü sərkərdəsi, Priamın oğlu Hektoru öldürdükdən qısa müddət sonra
Mitoloji
The Song Of AchillesMadeline Miller · Ecco Press · 201219,4bin okunma