O, millət bir dildə danışan, bir ənənəsi olan, bir torpaqda yaşayan və bir ideal daşıyan yeknəsəq bir kütlə kimi təsəvvür edir və onun hürr yaşamağının tərəfdarı idi.
BECOMING
Mənim üçün oxuması uzun amma zövqlü vaxt aparan kitab oldu. Bioqrafiya, memuar oxumaq çox tərzim olmasa da, bəzi şəxsiyyətlərə, xüsusən də qadınlara ayıracağım bu vaxtın layiqli olduğunu düşünürəm. Sadəcə kiçik bir xatırlatma ilə başlamaq istəyirəm ki, bioqrafiya heç də fəlsəfi əsər deyil, nə də ki, ədəbiyyatda yenilik yaratma iddiasında olaraq yazılmır. Adətən uğur hekayələri və motivasiya xarakterini daşıyır.
Kitab xronoloji ardıcıllıqla üç hissədən ibarətdir. #Becomingme ilə ilə başlayan ilk hissədə biz Michelle`in uşaqlığı ilə tanış oluruq. Ailəsi ilə birlikdə bir çox Afrikan-Amerikanlar kimi Cənubi Çikaqoda yaşayan Michelle həmin dövrdə məruz qaldıqları irqi və cinsi ayrı-seçkilikləri qələmə alır. Təhsilini `Princeton` və `Harvard Law School`da alarkən tələbələrin əksəriyyətinin ağ dərili və kişi olduğunu, daim azlığı təmsil etdiyini vurğulayır. Hətta yataqxanada otaq yoldaşının anasının sırf o qara dərili olduğu üçün qızının otağının dəyişdirməsini də qeyd edir. Maraqlısı budur ki, Michelle`in ailəsi onu və qardaşı Craig`i belə diskriminasiyaya qarşı nifrət yox, sevgi və empatiya hissi ilə böyüdüblər. Odur ki, davamlı olaraq ailəsindən danışır, atasının işdən yorğun gəldikdə belə vaxt ayırıb onlara caz və incəsənətdən danışması, anasının ona kiçik yaşlardan oxumağı öyrədib ictimai kitabxanaya yazdırması. Barackın əksinə Michelle sevgi dolu bir ailədə böyüdüyü üçün onların evlilikdən gözləntiləri fərqli idi. Kitabın məhz ikinci hissəsi Barack Obama ilə tanışlığı ilə başlayır və #Becomingus adlanır. Artıq Michelle 25 yaşındadır və bir hüquq firmasında çalışır. Lakin Barackla tanış olduqdan, onu dərindən tanıdıqdan sonra özünü sorğulamağa başlayır və o qənaətə gəlir ki, istəmədən yaxud yanlış seçilən peşə bizi xoşbəxtlikdən uzaq salır və o hüquqa nifrət
Tom Sawyer, yaxud Huckleberry Finn ile tanıdığım Mark Twain bu əsəri ilə məni o ki gələsən təəccübləndirdi. Fəlsəfi əsər usta və şagirdin qarşılıqlı sualları və şübhə toxumları əkərərək doğru bildiklərimizin bir daha araşdırılmağa məcbur olunan bir formatdadır, bir sözlə- sokratvari!
Bütün fikirləri ilə razı olduğumu söyləyə bilmərəm, amma yanaşması çox maraqlı və düşündürücüdür. Hətta sonradan öz həyatındakı hadisələri düşündükcə nə qədər haqlı olduğu qənaətinə gəlmək olur, yaxud çoxdandır şübhə ilə yanaşdığın bir hadisə daha aydın olur.
Mütləq tövsiyyə edəcəyim düşündürücü bir kitabdır!
Xoş mütaliələr!
İnsan Nedir?Mark Twain · Tutku Yayınevi · 201919bin okunma