`Beş mərtəbəli evin altıncı mərtəbəsi` əsərindəki qara saçlı Təhminə ilk dəfə oxuculara məhz `Ağ liman` əsərində təqdim olunur. Firəngizin və Spartakın ailəsini, onların qohumlarını, nəşriyyatın işçilərini- Neməti, Məhhəmməd Nasiri, Dadaşı daha yaxından tanıyırıq. Anarın bu əsərlə nəsrə yeni nəfəs gətirdiyi hesab olunur və psixologizm xüsusi diqqət çəkir.
Belə bənzətmə etmək istəyirəm. Necə ki, Corc Oruelin Heyvanıstan əsəri 1984`ün cızma qarası xarakterini daşıyır, Ağ liman da `Təhminə və Zaur`un ilkin süjet xətti hesab oluna bilər. Anar bu əsərdə əxlaq normalarını sorğulamaqdan çox, insanın cəmiyyətdə öz yerini tapması, dünyaya nə üçün gəldiyini sorğulaması kimi mövzuları daha dərindən analiz edib.
Əsərdə qeyd olunur ki, yaxşı yaxud pis insan yoxdur. Kiminsə yaxşı yaxud pis biri olduğu haqqında fikir bildirmək üçün gərək onu tanıyasan. Amma həyat buna rəy bildirəcək qədər uzun deyil.
Kitabdan (hər hansı) sevdiyiniz yaxud ağlınızda yer edən hissəni mənimlə bölüşün!
Xoş mütaliələr,
Sevgilərlə!
Ak LimanAnar Rızayev · Simavi Yayınları · 1991431 okunma
Wells fantaziyasına heyran olduğum yazıçılardandır. Çünki o qədər detallı, inandırıcı izah edir ki, siz oxuduğunuzda absurdluq yox, reallıq hissi duyursunuz. Məncə müəllif 68səhifəyə çox dərin mövzuları sıxışdırıb. Düzü mən tamamilə başqa sonluq düşünərək oxuyurdum, amma belə bitməsi məni sevindirdi.
`Korlar ölkəsində tək gözü olan insan kraldır`
Həqiqətən də oxuduqca fikirləşirsən ki, görməyən, heç vaxt görməmiş birisinə görməyi necə izah edəsən? Axı onlar üçün görmək məhfumu ümumiyyətlə yoxdur. Lüğətlərində nə görmək, nə də kor sözü var.
Xoş mütaliələr!
Körler ÜlkesiH. G. Wells · Kolektif Kitap · 20183,705 okunma