Tarlan A. Latif

Tarlan A. Latif

, bir kitap okudu
Puan vermedi·96 syf.··
26 saatte okudu
·
2021 23. kitabı
José Mauro de Vasconcelos
7.4/10 · 33,7bin okunma
Reklam
8/10
·336 syf.··
Beğendi
·
2021 22. kitabı
·
3 günde okudu
·
Okunma: 11 Mart 2021 07:12
Zənnimcə Harari hər kəs tərəfindən oxunulmalıdır, bütün fikirləri ilə razılaşmaq məcburiyyətində deyilsiz, amma məsələlərə fərqli bucaqlardan baxmağınıza kömək olacaq. Harari həmçinin `Sapiens: A Brief History of Humankind` və `Homo Deus` əsərlərinin də müəllifidir. Həm kitabda, həm də müsahibələrində davamlı olaraq qeyd edir ki, biz gələcəyi təsəvvür edə bilmərik, odur ki, ona hazırlaşmaq, riskləri analiz etmək heç də asan deyil. Bütün bu sonu gəlməz dəyişiklik, inkişaf və sürət qarşısında etməli olduğumuz `özümüzü tanımaq` və `digər insanlarla işləyə bilmə bacarığı`dır. Odur ki, yenilikçi təhsil müəssisələrində uşaqlara nəzəri bilikdən daha çox tənqidi düşünmə, kreativlik, adaptasiya, emosional intellekt və birgə çalışma bacarıqları aşılanır. Texnologiya, miqrasiya, terrorizm, din, kapitalizm, siyasət, meditasiya, ədalət və bir çox digər mövzular kitabın əsasını təşkil edir. Yəqin ki, bu aralar çox oxuduğum üçün `terrorizm` hissəsindən bir fikri sizinlə bölüşmək isətyirəm. Yuval qeyd edir ki, illərdir terrorizmdən çoxlu insanlar əziyyət çəkir, dünya insan itkisi ilə üzləşir, terrorizmlə maraqlandıqdan və oxuduqdan sonra alqoritmlər vasitəsi ilə ancaq bunu görürük və o bizim diqqət mərkəzimizə çevrilir. Bəs ekosistem? Hər il milyonlarla insan hava çirklənməsindən, ekosistemdəki dəyişikliyə görə dünyasını dəyişir və biz təbiətin balansını pozmağa və onu məhv etməyə son sürət davam edirik və diqqət mərkəzimiz başqa mövzular olduğundan bu vacib məsələyə heç baş da qoşmuruq. Eyni zamanda mən Yuvalın feminizm, azlıqların hüququ kimi məsələlərdə rolunu misilsiz hesab edirəm. Hətta bir müsahibəsində qeyd edir ki, növbəti yazacağı kitab uşaq kitabı ola bilər! Odur ki, həyəcanla gözləyirəm! Xoş
1000Kitap
21. Yüzyıl İçin 21 DersYuval Noah Harari · Kolektif Kitap · 20189,1bin okunma
Puan vermedi·224 syf.··
2021 21. kitabı
·
3 günde okudu
·
Okunma: 05 Mart 2021 21:28
Sayca Matt Haig`dən oxuduğum ikinci kitab oldu Libraff və Teas Press`in təqdirəlayiq addımı ilə. Bilməyənlər varsa cəmiyyətimizdə təəssüf ki, artmaqda olan intihar və depresiya hallarına görə Libraf gördüyünüz kitabı hər kəsə hədiyyə etdi. #reasonstostayalive məndə #notesonanervousplanet kitabından daha müsbət hisslər yaratdı. Müəllif uzun müddət depresiyadan əziyyət çəkdiyi üçün kitab onun təcrübəsinin, çətinliklərinin və xilas yolunun məhsuludur. Birinci şəxsin mövqeyindən çıxış edərək yazdığı üçün də daha müvəffəqiyyətli olmuş ola bilər. Kitab motivasiya ilə yanaşı çox maraqlı statisikaları, tədqiqatları və müxtəlif incəsənət, siyasət xadimlərinin bu hallar barədəki yanaşmasını əhatə edir. Bütün bunlarla yanaşı, mən Matt`in təsirində qaldığı və oxunulmasını məsləhət gördüyü ədəbiyyat siyahısını sizinlə bölüşürəm. Graham Green- The power and the glory Italio Calvino- Invisible cities Albert Camus-The Stranger S.E.Hinton- The Outsiders Jannet Winterson- Oranges Are Not the Only Fruit John Keats- Letters Martin Amis- Money The diary of Samuel Pepys J.D.Salinger- The Catcher in the Rye Ivor Gurney, Wilfred Owen, Margaret Atwood Julian Barnes- A History of the World in 10½ Chapters Jean Rhys- Wide Sargasso Sea Çalışmaq lazımdır ki, ətrafımızda olan hər kəsi dinləyək, onlara hisslərini ifadə etməyə, çətinliklərini, şübhələrini bölüşməyə və yanında olduğumuzu anlamağa şərait yaradaq. Dünyadakı ən sehrli vasitə- hisslərini bölüşmək, dinləməkdir. Sevgini, gözəlliyi yaradan, onu hüzurlu edən də məhz budur. Odur ki, heç nəyi ürəyinizdə saxlamayın. Çalışın ki, qurduğunuz hər bir cümlə qarşınızdakının üzündə, qəlbində gülüş doğursun. Əgər dəstək olmursuzsa, heç olmazsa məhv etməyin. Xoş mütaliələr, Sevgilərimlə.
Yaşama Tutunmak İçin NedenlerMatt Haig · Kollektif Kitap · 20152,697 okunma
8/10
·236 syf.··
2021 20. kitabı
·
33 saatte okudu
·
Okunma: 25 Şubat 2021 19:35
Fevralın iyirmi beşini iyirmi altısına bağlayan gecə özümü dərk etməyə başladığım gündən bu günə daim boğazımın düyünləndiyi, boğucu günlərdən biridir. Biz 29 ildir ki, Xocalıya ədalət axtarışındayıq. Vüsalə xanım, Əsir Düşərgəsi kitabında 1ci Qarabağ müharibəsi zamanı amansız düşmənin əlinə keçmiş ah-naləsi, ağrı-acısı Allahdan da o tərəfə qalxmış günahsız, əliyalın yurddaşlarımızın yaşadığının qələmə alınmış çox kiçik bir hissəsidir. Həyatımda oxuyarkən səsimin titrədiyi, dözməyib kitabı bağladığım, göz yaşlarımı saxlaya bilmədiyim, nəfəsimin ağırlaşdığı ikinci belə bir kitab olmayıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əsirlərə törədilən işgəncələrə, amansız rəftarlar göz yumması, hər şeyini itirmiş insanların hələ də ümidini itirməyərək çırpınışları, düşmən əlinə keçməkdənsə ölümü üstün tutan gəlin-qızlarımızın cəsarəti, gözü önündə işgəncələrlə öldürülən qocaların ah-naləsi, meyitlərin arasında ata-anasını axtarıb isti nəfəsə ehtiyac duyan körpələrin cavabını kim verəcək, necə verəcək? Kitabın ilk cümlələrindən biri mənim bu məsələdəki mövqeyimi çox gözəl izah edir: "müharibəni unutsan, mütləq geri qayıdacaq!" Xocalı, Qarabağ bizim qan yaddaşımızdır. Biz bunu unutmamalı, unutdurmamalı və heç yorulmadan ədalət axtarışında olmalıyıq.
1000Kitap
Əsir DüşərgəsiVüsalə Məmmədova · Teaspress Nəşriyyatı · 202043 okunma