Abraham Maslow "Anne babalar çocuklarıyla ilgili planlar yaparak ve umutlar taşıyarak onlara görünmez deli gömlekleri giydirirler." diyor.Bu söz "Cehenneme giden yol, iyi niyet taşlarıyla döşelidir." sözünü hatırlatıyor.
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Doğan Cüceloğlu şəxsən tanımaq, görüşmək istədiyim yazıçı, psixoloq, akademik və pedaqoqlardan biri idi. Təəssüf ki 16 fevral (2021)də onu itirdik, ruhun şad olsun, müəllim!
Cüceloğlundan məqalələr oxuyub, davamlı olaraq dogancuceloglu.net və sosial mediadan izləsəm də, oxuduğum ilk kitabı `Geliştiren Anne-Baba` oldu. Özünün də qeyd etdiyi kimi, kitab daha çox hər iki valideyni ilə böyüyən uşaqlar, ailələr üçün qələmə alınıb. Doğan bəy demokratiyanın ailədən başladığını, ən böyük göstəricisinin isə elə məhz bu qurum olduğunu göstərir. Haqlı olaraq qeyd edir ki ` Bir cəmiyyət uşaqlarına göstərdiyi qədər sivil/mədənidir`.
`Uşağınızı bir dəfə uşaqlığını yaşayacaq, bu dövrü onunla doyunca yaşayın` deyən yazıçı kitab boyunca qeyd edir ki, uşaq yetişdirmək fərdi yox kollektiv fəaliyyətdir. Uşağın böyüməsində yalnızca valideynlərdən birinin iştirak etməsi öz mənfi təsirini uşağın həyatının müxtəlif mərhələlərində göstərir. Uşaq hər iki valideyni, digər ailə üzvlərini rol model olaraq götürdükdə daha bacarıqlı və özgüvənli olur. Siz yalnız özünüzə övlad yox, bir vətəndaş yetişdirirsiz.
`Ailə yığıncağı` metodu ailənin birlikdə vaxt keçirməsi, məsuliyyətlərin və məişət öhdəliklərin uyğun bölüşdürülməsi, uşağın öz fikirlərini, hiss və emosiyalarını, arzu və gözləntilərini bölüşməsi üçün əla vasitədir. Beləliklə hər iki tərəf vəziyyətin necə olduğunu anlayır, yanlış anlaşılmaların sayı azaldığı qədər, uşağın müxtəlif sosial bacarıqları bir o qədər inkişaf edir.
Yəqin ki, heç vaxt unutmayacağım fikirlərdən biri də- `Uşaqlıq insanın ana vətənidir` oldu. Təsadüfi deyildir ki, mental problemlərin, psixoloji çətinliklərin və travmaların əksəriyyəti məhz uşaqlıqda yaranır.
Valideynlərin, valideyn olmaq istəyənlərin, erkən uşaq inkişafı ilə maraqlananların mütləq oxumalı