Tarlan A. Latif

Puan vermedi·250 syf.··
2020 307. kitabı
qısa hekayələr,esselər, şerlər, novellalarında həm tarixi həm də xəyali obrazların müəllifi bizim psixoloq Stefan Zweig itirilmiş nəslin ilk nümayəndələrindən biri kimi müharibənin heç vaxt sona çatmayacağını düşünərək ikinci həyat yoldaşı ilə birlikdə 23fevral 1942ci ildə Rio De Jenairo yaxınlığında intihar etmişdir. Bəs bilirdiz ki, onun ilk nəşr olunmuş kitabı şerlər toplusu olub və Sigmund Freudun təsiri ilə bir çox obrazını yaradıb? Açığı bu kitabı bir qədər qəribə təsir bağışladı. Kitab iki novella, dəhşətli sirr və amok, eyni zamanda 3 tarixi hekayədən ibarətdir. Amoku daha öncədən oxumuşdum, dəhşətli sirr isə alışılagəlmiş Stefan qələmi idi. Amma tarixi hekayələri özünün axıb gedən qələmindən qismən uzaqlaşmışdı. Müəllifin o olduğunu bilməsəm, bəlkə də təxmin edə bilməzdim, üslubu o qədər də tanıdıq gəlməmişdi. Eyni zamanda burda Zweig`in intihar məktubunu paylaşmaq istəyirəm- «Azad iradəm və açıq bir şüurla bu həyatdan ayrılarkən, son bir məsuliyyət yerinə yetirilməyi gözləyir: Mənə və işimi yerinə yetirməyimə dinc bir mühit bəxş edən ecazkar ölkə Braziliyaya səmimi təşəkkürümü bildirmək istəyirəm. Hər yeni günlə bu ölkə daha çox sevməyi öyrəndim, ruhi ana vətənim Avropa özünü yox etdikdən və ana dilimin dünyası yox olduqdan sonra dünyanın heç bir yerində həyatımı bu qədər sevə-sevə yenidən qura bilməzdim. Amma altmış yaşdan sonra tam mənada yenidən başlamaq çox xüsusi bir güc tələb edir. Və mənim gücüm illər sürən vətənsiz səfərlərdən sonra yaxşıca tükəndi. Bu səbəblə həyatımı doğru zamanda və doğru bir şəkildə başa vurmağımın yaxşı olacağına inanıram. Həyatım boyu mənəvi məşğuliyyətim, ən böyük həzz mənbəyim və şəxsi azadlığım ən uca dəyərim oldu. Bütün dostlarımı salamlayıram! Hamısına uzun gecədən sonra gələn dan yerinin qızılllığını görmək nəsib olsun!
Tarixi MiniatürlərStefan Zweig · Qanun Nəşriyyatı · 20146,8bin okunma
Reklam

Tarlan A. Latif

, bir kitap okudu
Puan vermedi·250 syf.··
2020 307. kitabı
Stefan Zweig
8.1/10 · 6,8bin okunma
Puan vermedi·240 syf.··
Beğendi
·
2020 2. kitabı
·
1 saatte okudu
·
Okunma: 25 Ocak 2020 22:48
• murakami’dən hansı əsərləri oxumusuz?• Bu ən çox soruşduğunuz kitabdır və 7 hekayədən ibarətdir. Ümumi fikir ondan ibarətdir ki, nə qədər cəhd göstərsələr də kişilər qadınları anlaya/başa düşə bilmir. İlk hekayədə aktyor Kafuku dünyasını dəyişmiş xanımının onu nə üçün aldatdığı sualına cavab axtarır. İkinci hekayədə isə həkim həyatına girən bir qadından sonra “mən kiməm?” fəlsəfi sualına cavab axtarır. Daha öncədən “Kafka on the shore” və “What I talk about when I talk about running” kitablarını oxumuşam və 2020də 3kitabını daha oxumağı planlayıram. Mən adətən illik kitab siyahısını yazıçılar üzərindən qururam. Yazıçıları isə yazdıqları cərəyana əsasən. Bu il daha çox modernizm və psixologiya ağırlığında reading list qurmuşam özümə və hər ay sizinlə bölüşəcəm. Bəs bilirdiz ki, Murakami 7ilə yaxın yoldaşı ilə caz bar idarə edib? Hətta bir çox hekayəsini bu barda yazıb. Murakami həm də bir çox kitabı ingilis dilindən yapon dilinə tərcümə etsə də heç vaxt öz əsərlərini tərcümə etmək marağında olmayıb. Və o “Norveç Meşəsi” əsərini eksperimental hesab edir, bununla da o özünə və oxucularına 100% realist üslubda əsər yaza bildiyini sübut etmiş olur. Here's what hurts the most," Kafuku said. "I didn't truly understand her--or at least some crucial part of her. And it may well end that way now that she's dead and gone. Like a small, locked safe lying at the bottom of the ocean. It hurts a lot." Tatsuki thought for a moment before speaking. "But Mr. Kafuku, can any of us ever perfectly understand another person? However much we may love them?
Men Without WomenHaruki Murakami · First American Edition · 20175,1bin okunma
10/10
·188 syf.··
Beğendi
·
2020 97. kitabı
·
22 saatte okudu
·
Okunma: 26 Ocak 2020 20:44
Murakamidən oxuduğum 5ci kitab oldu və mən qəribə şəkildə onun üslubundan yorulmaq əvəzinə daha da sevməyə davam edirəm. Əsər yenə öz tənhalığına qapılmış, eyni zamanda axıb gedən zamana ayaq uyduran Hajime`nin həyatından bəhs edir. Baş obrazın həyatının uşaqlıq, yeniyetməlik və yetkinlik çağlarının şahidi oluruq. Hər zamankı kimi yağışlı havalar, pişiklər, bir-birini çox sevib sonra ayrılan dostluqlar, münasibətlər, illər sonrakı qarşılaşmaqlar, və əlbəttə kitab və caz sevgisi. Təsadüfi də deyildir ki, Hajime`nin iki caz barı var. Əsər mənə bir daha keçmişə ilişib qalanda bu günümü necə əllərimdən qaçırtdığımı xatırlatdı. Çox qəribədir ki, hər dəfə yeni Murakami əsəri oxumağa başlayanda elə bilirəm eyni əsəri yenidən oxuyuram. Açar olaraq onu da deyim ki, yenə müəmmalar var və mən hələ də nə tam olaraq nədir aydınlaşdıra bilməmişəm! Oxuyun və Zövq Alın! yeri gəlmişkən @socialbaku da biz sushi yedik və heç şübhəsiz bu günə qədər yediyim ən dadlı sushilərdən oldu! Əllərinizə sağlıq! Duke Ellington- Such Sweet Thunder; The Star Crossed Lovers; Nat King Cole- South of the Border; isə kitabdan yadigar mahnılar olaraq qalsın!
Sınırın Güneyinde Güneşin BatısındaHaruki Murakami · Doğan Kitap · 20245,5bin okunma
10/10
·56 syf.··
Beğendi
·
2020 234. kitabı
Platon bilirsiz ki, Sokratın tələbəsi, Aristotelin müəllimi, fəlsəfənin əsas yaradıcılarından biri olmaqla yanaşı Sokratın fəlsəfəsini qələmə alaraq onu ölümsüzləşdirmişdir. Amma “Kirton ya da Görev üstüne” kitabından “Apology” kitabını oxumağı məsləhət görərdim. Kitab həm internetdə pdf halında həm də səsləndirilmiş halda mövcuddur.
Kriton ya da Görev ÜstünePlaton (Eflatun) · Can Yayınları · 20202,415 okunma
Reklam