Hakan Günday, modernist ədəbiyyatın küskün uşağı, yazmaq üçün yaradılmış adam. Hakanla tanışlığımız 2013ci ilə dayanır, açığı onu da Emrah Serbes vasitəsi ilə tanımışam. Bir ara Erdal Beşikçioğlunun oynadığı və Emrah Serbesin yazdığı Behzat Ç oxuyub izləyirdim. Sonra oxşar tərzlər olduğu üçün Hakan Gündayı kəşf etdim. Hal-hazırda özümdə olmayan amma oxuduğum: Zargana, Piç, Malafa, Azil və Ziyan kitablarını da oxumuşam. Qısacası bütün kitabları süzgəcimdən çoxdan keçib. Bildiyiniz kimi Emmy ən yaxşı aktyor mükafatını ilk türk olaraq qazanan Haluk Bilginerin oynadığı Şahsiyet dizinin də senari müəllifi Hakan Gündaydır. Məhz Hakan Günday və Haluk Bilginer`ə görə izlədim dizini və gözlədiyim kimi də çox sevdim. Bu günədək oxuduğum romanların səhnələşmiş halı idi.Əgər izləməmisinizsə `Güneşin Oğlu` filmini də izləyi , mən ordakı Haluk Bilginerin şer səhnəsinə görə Oskar da verərdim ona! Aman kendini asmış 100 kiloluk bir zenci! Onur Ünlü (mükəmməl bir şairdir həm də) rejisorluğunu edib. Kinyas ve Kayra, Afrikadan başlayan, Amerikada davam edən və Türkiyədə sona çatan iki türk gəncinin şiddət dolu həyatından bəhs edir. Hakan yeraltı ədəbiyyatının nümayəndələrindən hesab olunur. Odur ki, onun romanlarda şiddət və reallıq öz əksini tapır. Kitabın ilk bölümündə 30lu yaşlarında olan uşaqlıq dostları hər şeyə qarşı inamlarını itirmiş Afrikada qumar oynayır, insan öldürür və qadınlara təcavüz edirlər. İkinci bölümdə- Kinyas Kayra ilə etdikləri oğurluqdan bütün pulları götürərək Kayranı tərk edərək qaçır. Kayranı uşaqlığından bu günə tanıyırıq və hansı yollarla həyatına davam etdiyini müşahidə edirik. Üçüncü, son bölümdə isə Kinyas Ankaraya qayıdır və onun içində qalmış son insanlıq duyğusundan bər-bərk tutunmasının şahidi oluruq. Kinyasın əsl adı Tolgadır, və bölümdə şəxsiyətin iç