Bir çoxumuzun #bradpitt izləyərək sevdiyimiz #benjaminbutton filminin əslində #fscottfitzgerald tərəfindən yazılmış qısa hekayə olduğunu bilirdiniz?
Amma əsəri oxuyanlar yəqin ki, film ilə hekayə arasında hardasa tək əlaqənin əksinə gedən, yaşlı doğulub çağa ölən protoqonist Benjamin olduğunu deyə bilərlər.
Əsərdə nə Benjaminin atası Roger onu çağa ikən tərk edir, nə də o körpə amma yaşlı uşaq kimi doğulur. O 80 yaşlarında bir yaşlı insan kimi doğulur və doğulan kimi dil açır.
Bunlarla yanaşı onun Daisy ilə münasibəti, orduda xidməti, ümumiyyətlə həyat tərzi və yaşadığı dövr tamamilə fərqlidir.
Həmçinin əsərə Benjaminin oğlu olur, hətta oğlunun oğlu ilə, yəni nəvəsi ilə oynayaraq uşaqlıq keçirir.
Hələ sizə #harvarduniversity -ində oxumağından, #yaleuniversity ilə futbol qarşıdurmasındakı ulduzluğundan danışmıram.
“… amma sən mənim uşaqlığımsan. İstəsəm də, səni ata bilmərəm və bunu da yaxşı bilirəm.”
İnsanın vətənidir uşaqlığı, bir də bu vətənlə eyniləşdirdiyin şəxs olsun. Daha sonra o şəxslə aranıza elə vətən girsin. Uşaqlıqdan qonşu olan azərbaycanlı qız ilə erməni oğlanın sevgisindən bəhs edən, həm də əli çatmadığı üçün yalnız bir hissəsini oxuduğu, sonunu bilmədiyi üçün öz qələmindən Şeyx Sənanın yenidən yazıldığı roman.
Bir çoxumuz Şeyx Sənanı düha Hüseyn Cavidin qələmindən tanımış, bir az da araşdırdıqdan sonra sufi şair Fəridəddin Əttar tərəfindən yazıldığını öyrənmiş, bir az da şanslıysa teatrda izləmişik. Mən əsəri ilk görəndə düşünürdüm ki, axı Sahilə xanımı nə bu qədər riskli qərara vadar edib? Axı nə üçün bu qədər mükəmməl əsəri yenidən işləməyi qərara alıb?
Sahilə xanım deyir ki, uşaqlıqdan anası ona ən gözəl, mükəmməl sevgi hekayəsinin məhz Şeyx Sənan olduğunu deyirmiş və bu mövzuya yenidən qayıtdıqda özünə doğma hiss edib. Həmçinin o düşünür ki, bu vasitəilə oxucuları yenidən Cavidə qaytarmaq, layiq olduğu diqqətə çatdırmaq üçün tövhə verə bilər.
Görüşdə Nərmin xanımın da qeyd etdiyi kimi, əsər çoxlu mövzuları əhatə edir, çoxlu budaqlara şaxələnir, sona doğru isə kökə qayıdır və müəllif uğurla bütün şaxələri birləşdirərək yarımçıq qalmış suallara cavab verir.
Kitabın həm müasir Azərbaycan ədəbiyyatını təmsil etməsi, həm də qadın müəllif tərəfindən qələmə alınması onu daha doğma edir!
Oxuyun, oxutdurun!
Bir də, axı getmək təkcə kişinin bacardığı şey deyil. Bəlkə elə Leylilərdən də səhraya qaçanlar olub, sadəcə, onların hekayələrini gizlədiblər, yazmayıblar.