Misirli Minayə

Misirli Minayə
@Minaye__
@misirli_00
ADPU
75 okur puanı
Temmuz 2023 tarihinde katıldı
Özünü fəda edən Məryəmlər, Leylalar…
Puan vermedi·455 syf.··
2026 2. kitabı
O qədər gözəl kitabdır ki. Bir nəfəsə oxunacaq, oxuduqca zövq alınan və demək olar hər səhifəsində dərin məna olan kitab… “Mir möhtəşəm günəş”. Bu bizim sadəcə oxuduğumuzdur, düşündüyümüz zaman ki bu əsərdə baş verənlər real həyatda da yaşanır, daha da mənalı və dərin gəlir. Həyatınızın bir qismində oxumalısınız deyə bilərəm.
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013119,2bin okunma
Puan vermedi·96 syf.··
2025 12. kitabı
O qədər maraqlı əsərdir ki , indiyəcən necə oxumamışam bilmirəm. Geriliyin, cahilliyin bu qədər mükəmməl təsviri.. İslam’ın gəlişinin faydaları çox olsa da, bunun ziyanı xalqımız üçün daha çox oldu. Səbəb də budur ki, “şeyx”lər , “molla”lar dəxi bu qəbilədən olan kəslər, özlərinə sərf edən şeyləri insanlara nəql eyləyib, öz yaratdıqları dini “İslam” adlandırdılar. Oxumayan, araşdırmayan kəslər inandılar və arxasıyca getdilər. Bizim millətin dərdi 100 il əvvəl də eyni idi, dəxi indi də eynidir. (Əsər 1909-cu ildə yazılıb) Ümid edirəm ki, “Ölü” olan millətim 21-ci əsrdə gözlərini aça bilə.
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,268 okunma
Puan vermedi·80 syf.··
2025 3. kitabı
Acının hər növünə nümunə var də)) boş olanda oxunulası kitabdı. Qısa olmasına baxmayaraq çox ağır getdi. Sigmundun illuziya ilə bağlı kitabında da bir qədər buna bənzər hal yaşamışdım hərçənd bu kitab nisbətən daha axıcı idi, əlqərəz dediyim kimi çox boşsunuzsa oxuyun.
Palyatif ToplumByung-Chul Han · Metis Yayınları · 20244,316 okunma
Puan vermedi·304 syf.··
2024 46. kitabı
Həyatımın döngüsü məncə bu kitabdır. Kitab haqqında fikirlərim, hiss-düşüncələrim o qədər çox və məhdudsuzdur ki.. Son dönəmlər keçirtdiyim düşüncə fırtınasından məni çox gözəl şəkildə incəliklə qurtardı . Mən, mənim düşüncələrimdə, psixologiyamda dəyişiklik yaradan və hər hansı bir yenilik qatan kitabları çox sevirəm və bu kitab da yəqin ki həmin cərgədən olan kitabların başında gələr. Hər kəsə şiddətlə oxumağı tövsiyə edirəm!
Rezonans KanunuPierre Franckh · Elips Kitap · 201325,8bin okunma
Puan vermedi·72 syf.··
2024 42. kitabı
Qısa amma çox gözəl əsər idi. Azərbaycanca oxudum lakin proqramda sadəcə kiril olan variantını tapa bildim deyə bu variantında alıntılarımı paylaşdım. Həqiqətən qısa və öz əsər, dəyərli və oxunmağa laiq əsər idi.. Yuxunun qaçmasını dəyərləndirmək üçün vasitə olaraq təsadüfi bir əsər seçdim. Və düşünürəm ki təsadüf uğurlu idi, çünki qısa və öz, damaqda dadı qalan əsər idi) Balzac’ın qələmindən oxuduğum ikinci uğurlu əsər.
İfritəHonore de Balzac · Azərbaycan Dövlət Nəşriyyatı · 1965608 okunma