Kitabı Şeker Portakalının davamı olduğu üçün almışdım. Şeker Portakalında rastlaşdığım emosional dərinlik ilə yenidən qarşılaşma ümidim var idi :)
Lakinn ikinci hissəni tamamlaya bilmədim. 163 səhifə oxumuşam və artıq oxumaq işgəncə kimi gəlirdi.
Mövzularda dərinlik görmədim və səthi işləndiyini düşünürəm.
Güneşi UyandıralımJosé Mauro de Vasconcelos · Can Yayınları · 202342,8bin okunma
Keçən il masaüstü kitabım olan Stoikin gündəliyini bitirdikdən sonra Rayan Holidey’ın digər kitablarına nəzər saldım. Və Maneə yoldur kitabı ilə qarşılaşdım :)
Şəxsi inkişaf kitablarını elə çox bəyənmirəm. Amma bu kitabın fəlsəfəyə dayanaraq yazıldığını düşünüb almışdım. Gözləntimi qarşıladı, Stoik fəlsəfəsinə biraz daha yaxınlaşmağıma kömək etdi.
Kitabda qeyd olunur ki, Ejen Delakrua alovlu bir stoik idi. O stoisizmi “təskinlik verən din” adlandırırdı.
Kitabı oxuyarkən motivasiya, şəxsi inkişaf və fəlsəfə ilə qarşılaşacaqsız.
..
Məni incidən tək şey kitabda təkrarların çox olması idi, əsasən kitabın ortalarında.
Herper Lee qələmini sevdim, kitab içinə çəkdi məni. Elə ilk səhifələrdən özümü Skautun yerinə qoyub o səhvləri, düzləri birlikdə edib bəzən Attikusdan, bəzən də sevmədiyim Aleksandra bibidən öyüd, nəsihət alaraq böyüdüm.
Kitabın məndə ən çox iz buraxdığı hissə—Bizə yalanın necə iyrənc olduğu ilə yanaşı “Həqiqəti qəbul edə bilməyənlərə yalan lazımdı” kimi realistik düşüncəni də üzümüzə çırpmasıdır.
Spoiler:
Dolphus fəlsəfik yanaşır hətaya :D (sevdim bu obrazı) Attikus da məhkəmədə başdan bəri uduzacaqlarını bilirdi sanki. Münsiflər isə Tomu sadəcə qara dərili olduğuna görə günahlandırdılar. (irqçilik mövzuları ön plandadı)
Və biraz da o dövrün siyasətinə toxunulub, məhkəmə mövzuları kitabda geniş yer tutur və bu yordu məni.
..
Bu arada kitab mənə bəzən Şeker portakalını xatırladırdı.
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201988,6bin okunma