''Əcəb axmağammış, ilahi, adam da belə axmaq olarmış!". Şəhərə yaxınlaşdıqca fikirlər, sözlər Zaurun beyni içində qaynam-qaynam qaynayırdı. "Belə bir fahişənin üstündə mən iztirab çəkirdim, ürəyimə salırdım hər şeyi.. Nəyimə lazım idi mənim o? Haradan beynimə salmışdım ki, bu cür qadını sevmək olar? Bütün o şirin dilləri, o yağlı sözləri, vədləri - hamısı başdan-ayağa fırıldaq imiş.. Gör özü də kimlə - Spartakla!!!