Şəfiqə Mütəllibli

Şəfiqə Mütəllibli
@Mutellibli
Good books are good friends...
Graphic Designer
Technology teacher
Gabala/Azerbaijan, 10 Nisan 1996
284 okur puanı
Aralık 2020 tarihinde katıldı
'Heç nə qatarı gözləmək qədər yorucu deyil.Xüsusilə də relslər üzərində uzanmısansa.'..
Reklam
6/10
·128 syf.·
Beğendi
·
2025 156. kitabı
Arthur Conan Doyle
8.4/10 · 1.342 okunma
Bir gün..
10/10
·536 syf.··
Beğendi
·
2025 185. kitabı
​"Həyatımızı formalaşdıran o 'Bir Gün'lərin kitabıdır." Bu əsər mənə hər anın, hər qərarın nə qədər əhəmiyyətli olduğunu bir daha xatırlatdı. Emma və Deksterin yollarının kəsişməsi və ayrılmaları, bəzən ən çox sevdiyimiz insanların bizə ən yaxın olarkən necə uzaqda ola biləcəyini göstərir. Romanın sonu isə... o qədər ağrılı və eyni zamanda o qədər təsirlidir ki, uzun müddət təsiri altından çıxmaq çətin olacaq... Gözləri yaşlı bir tövsiyə: Mütləq oxuyun!" #oneday #birgündavidnicholls
Bir GünDavid Nicholls · Pegasus Yayıncılık · 20106,7bin okunma
Gecəyarı Kitabxanası..
10/10
·352 syf.··
Beğendi
·
2025 186. kitabı
​"Hər kəsin öz 'Gecəyarısı Kitabxanası' var. O, bir çox həyatı, qəbul edilmiş və edilməmiş saysız-hesabsız qərarları ehtiva edən sonsuz bir yerdir. Bəzən həyatımızdakı bütün qapılar bağlandığı anda , kainat bizə ikinci şansı verir. Kitabı oxuyarkən anladım ki, əsl əzab, etmədiyimiz və ola biləcəyimiz həyatlara görə çəkdiyimiz peşmançılıq hissi imiş.. Bu kitab, bizə hər peşmançılığın sadəcə bir potensial gələcəyə açılan qapı olduğunu, lakin həyatın əsl mahiyyətinin indiki anda yaşamaqdan ibarət olduğunu xatırladır... 'Gecəyarısı Kitabxanası' mənə dərk etdirdi ki, mükəmməl həyat yoxdur, mükəmməl insan yoxdur..biz sadəcə olaraq öz kiçik həyatımızı bütün qüsurları ilə, bütün mümkün variantları ilə sevməyi öyrənməliyik.Və ən əsası, yaşamağa dəvam etmək üçün həmişə bir səbəb, hər an yenidən başlamaq üçün bir şans var...Bu kitab mənə ümidin qaranlıqdakı ən parlaq ulduz olduğunu sübut etdi. Və var olan ən yaxşı həyatın ele məhz öz yaşadığımız həyat olduğunu."... #mettheiqgecəyarısıkitabxanası
Gecəyarı KitabxanasıMatt Haig · Qanun Nəşriyyatı · 202498,3bin okunma