Relslər Üzərinə Uzanmış Adam.
Əsər elə yazılıb ki, oxuduqca özümü əsərin içində hiss etdim, çox qəribə hisslər keçirdim, Əminin ağacın altına atılması, Adriananın başına gələnlər, atasının onu görməsi, özünü öldürməsi bütün hadisələr gözümün önündə canlandı və bu mənə çox qəribə hisslər yaşatdı, bəzi hissələri oxuduqdan sonra sadəcə "dəhşət" deyərək keçdim. Lakin reallığın, acı həqiqətlərini əks etdirən bu yazıları qınamaq bərədə düşünə bilmədim. Çünki bu reallıqdır. Real həyat insanların istədiyi həyatla heç də tarazlaşmır.
Qəbul etməkdə çətinlik çəkdiyim bir şey var ki, bütün bunları, acı həqiqətləri, real olanları, dəhşəti, qəddarlığı Tanrı'nın görüb və buna göz yummasıdır. Sadəcə bir qatarın gəlişini gözləmək yüzlərlə səhifə yazının yazılmasına səbəb olacaq düşüncələri göz önündən keçirməyə bəs edirmiş.
Müharibələr heç bir qanuna tabe olmur.
Hissələr arasında əlaqə tapmağa çalışmağın isə məni kitabı oxuyarkən çox yordu.
İmzalı kitab üçün müəllifə təşəkkür edirəm.
Rövşen Abdullaoğlu
Çalış öz mərtəbəndə qal... , Özündən yuxarılara yox, özündən aşağılara bax...
İbrahim yaxşı bir ailə başçısı idi, ilk vaxtlar ailə üzvləri bunu qəbul edib ona kömək olsalarda, bir aylıq lüks həyat bir ömrün bitişinə qədər irəlilədi, hətta yaşamağa qərar verdi an bitdi ömrü.
Həyatı dəyişən bir ay idi. Bəs həqiqətənmi İbrahimin həyatını Akif gilin gəlişi dəyişdi?? Bəlkə də ailəsi lap əvvəldən daha yaxşı həyatı arzulayırdı?
Kim daha yaxşı həyat yaşamaq istəməzki?!
Və ayrıca Müəllifə imzalı kitab üçün minnətdaram.
Bu kitabı oxumadan əvvəl adını dönə dönə eşidirdim,daha sonra oxudum və sevdim.
Gözəl bir kitabdır, oxumağa dəyər.
Əsər haqqında yazmaq istəmirəm sadəcə deyə bilərəm ki maraqlıdır.
Doğrudan da sonuncu ölən ümidlərdir.
Düzü burda yazmağa söz tapa bilmirəm..
Niyə insanlar xoşbəxtliyi şöhrətə dəyişir axı?!..
Niyə ən başdan ümidciklər ölümlə üz-üzə qalır?!
Nailə xaricə getməklə keçmişindən qaça bildimi?!
Bəs bu və bunun kimi sualların cavabını harda tapaq?
Oxuduğum və bəyəndiyim əsərlərdən biri oldu. Həyatda yolunu azanlar da var, yolunu azmışların yolunda qurban olanlarda....
Kaş ziyanı qabaqcadan bilə bilsək... Ama hər halukarda "ziyanın harasından dönərsən kardır."
Yeganə sadəcə olaraq mal,mülk, şöhrət düşünərək gözlərini kor etmişdi. Əsil gözlər olaraq qəlbin gözünü düşünərsək. Əkrəm hər şeyi görür, Yeganə isə heç nə görə bilmirdi, çünki o, kor idi.
Həqiqi sevgini, məhəbbəti görməyənlər bu dünyada ömürlük kordur.
Sevgini pulda axtarmaq, məhəbbəti maddiyyatda görmək insanlığın bəlasına çevrilir.
Leylaya gəldikdə isə həqiqi atasının qəlb gözü ilə dünyanı gördüyü üçün mən buna sevinirəm.