Mərtəbələr

Elhan Elatlı
Tahmini Okuma Süresi:
7 sa. 29 dk.
Sayfa Sayısı:
264
Basım Tarihi:
2021
İlk Yayın Tarihi:
2014
Yayınevi:
Teas Press
ISBN:
9789952540390
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Sıralamalar
Reklam

Yorumlar ve İncelemeler

Mərtəbələr...
10/10
·284 syf.··
Beğendi
·
2023 6. kitabı
·
7 günde okudu
·
Okunma: 22 Haziran 2023 14:12
Bir insanın əlindən dəyərlərini alsanız, nə olar? İnandıqlarını itirən insandan geriyə nə qalar? Elatlının sayəsində qarşımda açılan o böyük, füsunkar pəncərədə gördüm mən bunu; günahlardan uzaq durmağın da bir bədəli olurmuş, vicdan əzabı çəkməkdən gen durmaq insanın günün birində dönüb taleyini dəyişən imtahanı olurmuş. Təkcə İbrahimin faciəsini oxudum kitabda. Ancaq xəyal dünyamda neçə-neçə İbrahimləri gah yaratdım, gah öldürdüm. Real həyatda müşahidə etdiklərimizi sətirlərdən oxumaq bəzi şeylərin daha ciddi fərqinə varmağımıza səbəb olur. Gündəlik həyatda çoxumuz səthi yanaşırıq mənəviyyatla bağlı məsələlərə.Və bizim bu səthiliyimiz nə zamansa birini məhv etməyə qadir olur. Sonrası ömürboyu dinməyən əzab, peşmanlıq hissi... Fərqli uşaq olub o, fərqli oğul, fərqli yoldaş, fərqli ata. Ömrünün bütün mərhələlərində özünü ikinci planda görən İbrahim çox çalışıb, əlindən gələni edir ki, nəfəs aldığı müddətcə namuslu, dəyərlərinə sadiq yaşasın. Bəs bunda yanlış olan nədir ki, ondan faciə törəyir? Elatlı deyir ki, "Çalış öz mərtəbəndə sakitcə yaşa. Özündən yuxarı mərtəbələrə baxma, aşağılara bax". Mərtəbələr... İbrahimin faciəsi ailəsinin olduqları mərtəbəni sevməməsi ilə başladı, nifrət hissi evinə kök saldıqdan sonra yekunlaşdı. Bir İbrahim düşünün. İllər boyu fədakarlıq etsin, özünü unudub həmişə başqaları üçün yaşasın, gecəsini gündüzünə qatıb elə hey işləsin.. Nədir ki, övladlarını məsud edəcək. Nədir ki, xanımına yaxşı həyat yoldaşı, anasına yaxşı övlad, bacısına yaxşı qardaş olacaq. İbrahim onları yaşatmaq üçün xəyallarını belə əlinin tərsi ilə itələdiyi bu ailədə xoşbəxt ola bilirmi axıra qədər?Təəssüf.. O, ona doğma olan insanların əhatəsində zamanla təklənir, tənha qalır, yadlaşır. Bircə nəfər tapa bilmir ki, dərdini danışsın. Vaxt gəlir, acı, zəhərli sözlərini
İnceleme
MərtəbələrElhan Elatlı · Teas Press · 2021574 okunma
9/10
·284 syf.··
2022 29. kitabı
·
6 günde okudu
·
Okunma: 08 Eylül 2022 07:07
Yenə bir kitabda daha ölkədəki vəziyətin gerçəkliyinin belə təsvirindən sarsıldım. Kəsdiyim bir bal da kitab boyunca keçirdiyim narahatlıq və təəssüf hissinə görədir.
Edebiyat
MərtəbələrElhan Elatlı · Teas Press · 2021574 okunma
Hər necə olsa, yaşayacaqdı...
9/10
·284 syf.··
2023 2. kitabı
·
5 günde okudu
·
Okunma: 13 Şubat 2023 15:50
Çalış öz mərtəbəndə qal... , Özündən yuxarılara yox, özündən aşağılara bax... İbrahim yaxşı bir ailə başçısı idi, ilk vaxtlar ailə üzvləri bunu qəbul edib ona kömək olsalarda, bir aylıq lüks həyat bir ömrün bitişinə qədər irəlilədi, hətta yaşamağa qərar verdi an bitdi ömrü. Həyatı dəyişən bir ay idi. Bəs həqiqətənmi İbrahimin həyatını Akif gilin gəlişi dəyişdi?? Bəlkə də ailəsi lap əvvəldən daha yaxşı həyatı arzulayırdı? Kim daha yaxşı həyat yaşamaq istəməzki?! Və ayrıca Müəllifə imzalı kitab üçün minnətdaram.
Hayat ve İnsan
MərtəbələrElhan Elatlı · Teas Press · 2021574 okunma
SPOİ.
10/10
·284 syf.··
2024 204. kitabı
Heç bir kitab mənə belə təsir etməmişdi. Pul necə yaman şey imiş...Bəzi insanların qürurunu,xəsiyyətini, mənliyini necədə bu qədər asan alabilirmiş...Bir insan necədə bu qədər tez dəyişiləbilərmiş... Bir övlada atasını, bir qadına həyat yoldaşını, bir anaya oğlunu necə də düşmən edərmiş... Əslində anaya haqq verdiyim bəzi məqamlar var idi orda. İbrahim pul görüb havalara uçmuş ailəsinı bahalı pal-paltar alıb xərcləməkdənsə, o 3 minləri ikiminləri yalan yerə xərcləməkdənsə anasına etsəydi anasını sağaltmağ üçün biraz çabalasaydı bəlkədə ana getməzdi. İndi bəlkədə qınanacam İbrahimə haqq verdiyim üçün. İbrahim atasından gördüyü tərbiyəni heç vaxt pozmadı. Ailəsi üçün həmişə çalışdı vuruşdu. Nə bir pis yola əl attdı nə haqq yedi nədə bəziləri kimi namusunu qurban verdi. Mən bu kitabda İbrahimdən başqa bütün xarakterləri qınayıram. Fəridəni pul görüb o saat həyat yoldaşını ona qurban verdiyi üçün qınayıram. Oğlu Cövdət'i atasına rağmən pula qul olmağını qınayıram. Arzu isə... Arzu heç... Əvvəl 2 manatlıq sancağa xoşbəxt olan bu qız nə qədərdə bədbəxtə döndü. Ata'sının 2 qram sevgisinə belə layiq deyilmiş. Hər kəsin istəkləri var təbiki ama buna görə bir atanı intihara sürükləmək...
MərtəbələrElhan Elatlı · Teas Press · 2021574 okunma
Elxan Elatlının bəyəndiyim tək kitabı
Puan vermedi·284 syf.··
2022 9. kitabı
MərtəbələrMərtəbələr "Mərtəbələr" illər öncə oxuduğum və bitirdikdən sonra da mənə təsir edən kitab idi. Yadımdadır ki, hətta bu Kitab sonda bacımı ağlatmışdı. Bu kitabı indiki Elxan Elatlı nifrətim olsaydı oxuyardım ,yoxsa yox bilmirəm, amma kitabdakı ailə münasibətlərinin reallığa uyğun yazıldığını düşünürəm. Əsərdə yaradılan ailə başçısı İbrahimin kasıblığın və mənim gözümdə nankor, düşüncəsiz ailə üzvlərinin qurbanına çevrilməsi tamamilə travma idi. Məhz buna görə də düşüncəsizlik mənim üçün ən pis insan xislətidir. Düşüncəsizcəsinə deyilən sözlər və şəxsdən istənilən hərəkətlər bəzən onsuz da batmış bir insanın tamamilə çökməsinə səbəb ola bilirmiş. Kitab obrazı olsa da, İbrahimin yasını hələ də saxlayıram Bu arada yazanda ağlıma gəldi və qeyd etməyi özümə borc bilirəm ki, Elxan Elatlı öz nanəcib sevgi və sədaqət hislərini az da olsa, heyif ki, bu kitabda da hiss etdirdi. Yaxşı ki, oxuyanda uşaq idim,o vaxtkı balaca Süsən çox diqqət etməyib
Edebiyat
MərtəbələrElhan Elatlı · Teas Press · 2021574 okunma
Puan vermedi
İbrahimi xoşbəxt ailə başçısı, bəxti gətirmiş kişi saymaq olar. Özü ali təhsilli müəllim olsa da, ailəsini daha yaxşı dolandırmaq üçün işini buraxıb taksi sürür. Həyat yoldaşı Fəridə, dərslərini yaxşı oxuyan iki ağıllı övladı və anası ilə birgə ehtiyac içində də olsa, hər halda şad-xürrəm yaşayır. İbrahimə ən çox qol-qanad verən də elə Fəridədir. Orta məktəbdə müəllimə işləyən Fəridə İbrahimi çox sevir, onun ailəsi naminə fədakarlığına, hər əziyyətə qatlaşmasına yüksək dəyər verir. Özü də çətinlikdən, zəhmətdən çəkinmir, güzəranlarını yaxşılaşdırmaq üçün bacardığı hər işin qulpundan yapışır. Amma bu sadə, zəhmətkeş və xoşbəxt ailənin dincliyi uzun sürmür. Bədbəxtlik bu ailəyə Fəridənin Rusiyada yaşayan bacısı Cəmilə ilə birlikdə gəlir. Cəmilənin əri Akif var-dövləti başından aşan iş adamıdır. İki bacının ailəsi bir ay eyni mənzildə yaşamalı olur. Bu bir ayda Fəridə də dəyişir, uşaqları da... Qonaqlar çıxıb gedəndən sonra o zəhmətkeş, gözü-könlü tox və qürurlu müəllimədən, o ağıllı uşaqlardan əsər-əlamət qalmır. Bacısına həsəd aparan, amma Cəmilənin əri Akifi bu mərtəbəyə qaldırmaq üçün neçə yad kişi ilə oturub-durduğunu bilməyən Fəridə evdə hər gün pul davasına çıxır. Uşaqları da "müəllimə" analarına baxıb atalarından üz döndərir. İbrahim çıxış yolu tapmağa çalışır və məşum bir qərar verir.
MərtəbələrElhan Elatlı · Teas Press · 2021574 okunma
10/10
·284 syf.··
Beğendi
·
2017 18. kitabı
·
6 günde okudu
·
Okunma: 27 Kasım 2017 00:00
Elxan müəllim rameallığı qələmə alır doğrudur. Amma psixoloji roman yazmağı məncə bacarmır. Məncə o tarixi , detektiv, ailə-məişəti detektivə sintez etdiyi romanlar yazsa daha gözəl olar...
MərtəbələrElhan Elatlı · Teas Press · 2021574 okunma
Puan vermedi·248 syf.··
2025 26. kitabı
·
15 günde okudu
·
Okunma: 03 Haziran 2025 18:54
Təsirli bir kitap daha. Mənliyini və şərəfini puldan üstün tutduğu üçün başına gəlməyən qalmadı. Və ailə üzvlərinin belə gözündə aciz birinə çevrilmiş, amma əslində halal qazanılan puldan yana olan bu ailə başçısının başına gələnlər açığı mənim əsəblərimi pozdu. Doğrudan da insan gərək öz yaşam mərtəbəsinə şükür etməyi bacarsın. Həyat yalnız və yalnız hər şeyi olduğu kimi qebul eliyən də gözəldir. Elhan ElatlıElhan Elatlı MərtəbələrMərtəbələr
1000Kitap
MərtəbələrElhan Elatlı · Elgün Neşriyat · 2014574 okunma
Puan vermedi·248 syf.··
Beğendi
·
2023 3. kitabı
Kitab gözəl kitabdır, amma final səhnədən sonra ağlımda suallar yarandı , ibrahimin ölümdən sonra ailəsi nə etdi? Yenə İbrahimin zəif olduğunu düşünüb ona nifrət mi etdi, yoxsa elediklerine görə peşman mı oldular? Cəmilə niyə zəng vurmuşdu? İbrahim ölmese Kazana getsə həyatı dəyişəcəkdimi, yoxsa yenə hər şey olduğu kimi qalacaqdimi?
MərtəbələrElhan Elatlı · Elgün Neşriyat · 2014574 okunma
Puan vermedi·248 syf.··
2024 25. kitabı
·
30 günde okudu
·
Okunma: 10 Temmuz 2024 13:28
Elxan Elatlının qələmini hər nə qədər bəyənməsəm də, “Susan Qadın” kitabından sonra mənə həyatı düşündürən ikinci əsəri “Mərtəbələr” oldu. Həqiqətən də, əsərin əvvəlindən axırına qədər insanı düşündürən bir əsərdir. Yeri gəldikdə aza qane olmağı, həyatımızı sevməyi, anlayışlı ola bilməyi bizə öyrədən bir əsərdir. Ailəmiz bizim üçün əllərindən gələni edərkən, onlardan edə bildiklərinin daha artığını istəməyin qarşı tərəfi necə içdən içə məhv etdiyini, öldürdüyünü görmüş oluruq. Pulun, maddiyyatın bir insanı necə dəyişə biləcəyinə şahid oluruq. Əsl həyatı göstərən bir əsər olduğu üçün məndə həmişə yeri fərqli olacaq.
Edebiyat
MərtəbələrElhan Elatlı · Elgün Neşriyat · 2014574 okunma

Yazar Hakkında

Elhan ElatlıYazar · 32 kitap
 Elhan Elatlı 1962 yılı, 19 aralık Azerbaycan`ın Şamahı bölgesinin Sis köyünde doğdu. Çocuk yaşlarından edebiyyata büyük ilgisi varmış. Küçük çaplı şiirler ve hikayeler yazarmış.  1980-1985  yıllarında BDU ( Bakü Devlet Üniversitesi ) mekanika-matematik bölümünü okudu. 1985-2001'li yıllarda  fizik-matematik öğretmeni, yürütmenin bölge özel temsilcisi, okul müdürü görevlerinde çalıştı. 2001 yılından beri Bakü de yaşıyor. Şimdiye kadar 14 kitabı çıktı. Bunlardan 3`ü şiir,2`si  mantlksal matematik, 9`uysa polisiye kitaplardır. "İhanet" romanından sonra polisiye türünde tanınmağa başlamışdır. Yazar, Azerbaycan Yazarlar Birliği üyesidir.