Şükür eləmək?-təəccüblə soruşdum. - Nəyə şükür eləmək lazımdır axı? Bunun nə mənası var ki? Həyatda qazandığımız hər şeyə görə onsuz da ikiqat, üçqat artıqlaması ilə ödəməli oluruq.
Şükranlıq nəyi dəyişəcək ki? ‐ Düşündüm.
Mübarizə, mübarizə...əsas olan odur.
Ciddi, vicdanlı bir işçiydi. Dərd ondadır ki, indiki zəmanədə belələrinə yer yoxdur. Ciddilik və vicdan ancaq romanlarda dəyərləndirilir. Həyatda isə belələrindən istifadə edib qurtaran kimi atırlar bir küncə.