Nərmin Həsənzadə

Nərmin Həsənzadə
@Narmeine
7/10
·360 syf.··
2023 2. kitabı
·
7 günde okudu
·
Okunma: 10 Şubat 2023 16:09
Əsər saf hisləri içərir deyə, kitaba aşiq olmuş kimi idim. Amma kitabın 3/4-dünü ötdükdən sonra hər rola xoşbəxt son olması üçün əsərin zorakı senaryo ilə irəliləməsini bəyənmədim. Xoşbəxt sonluqları sevirəm, amma xoşbəxt sonluq üçün də professionallıq gərək. Buradakı "baxaq da əlimizdəkilərlə nə edirik, təki kimsə yalqız qalmasın" kimi olub. İlk 3/4-lük hissəsinə görə 10 balla dəyərləndirə bilərdim, amma sonrası qiymətləndirməmə mənfi yöndə təsir göstərdi. Amma yenə də oxuduğuma olduqca məmnunam.
İyi EşlerLouisa May Alcott · Türkiye İş Bankası Kültür Yayınları · 20222,153 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
5/10
·72 syf.··
2021 2. kitabı
·
25 saatte okudu
·
Okunma: 05 Haziran 2021 23:45
İlk baxışda əlaqəsiz görünə bilər, lakin Haruki Murakami ilə Orhan Pamukun qələmlərini müqayisə edəcəyəm bu yazıda. Buna səbəb də bu iki müəllifin əsərini ard-arda oxuyub aralarındakı fərqə tanıq olmağımdır. O.Pamuk əsərində cümlələrin bədiiliyinə çox yer verərkən, ikinci yazıçının əsəri bədiilikdən yoxsundur. Bununla yanaşı, ilkində əsərin süjet xətti çox yavaş irəliləyir, belə ki, 60-70 səhifə oxuyursunuz və hadisə gedişatında önəmli dəyişiklik yoxdu. H.Murakaminin bu əsərində isə (Norveç meşəsi əsərində də, həmçinin) hadisələrin gedişatı çox sürətlidir. Azca mübaliğə ilə səhifənin yuxarısından aşağısına çatdıqda artıq çox hadisə baş vermiş olur. İndi isə məhz bu əsər haqda rəyimi bildirim: Xəfif qorxu və sirr içəriklidir. Həcmi də çox az olduğundan, əyləncə məqsədli yolüstü oxuya bilərsiniz. Əsərin sonuna yaxınlaşdıqda final cümləsini "Zəngli saatın səsinə oyandıqda, hər şeyin bir yuxu olduğunu anlamışdı." tərzində gözləyəcəksinizsə, bildirim ki, son olduqca anlamsızdır. Hüdudlu yaşantımızda oxumaq üçün sonsuz gözəl əsər varkən, bununla vaxt itirməyə dəyməz deyə düşünürəm. Burayadək oxudunuzsa, minnətdaram ❤
Tuhaf KütüphaneHaruki Murakami · Doğan Kitap · 20173,558 okunma
4/10
·516 syf.··
2021 1. kitabı
Uzunmüddətli fasilədən sonra bədii ədəbiyyat oxumağa bu əsərlə başladım və iradəmi toplayaraq bu əsəri sona çatdırmağımda bu faktorun rolu böyük idi. Ümumi qiymətləndirməni və təhlilləri nəzərə alsaq, əsər olduqca bəyənilib. Amma giriş cümləmdən və qiymətləndirmə balımdan məndə yaratdığı təəsürat bəllidir, yəqin ki. Bismillah; Müsbət nüansları qeyd edim: 1) Əsərin bədiiliyi çox yüksəkdir. Müəllifin həqiqətən də çox geniş söz bazası var və bu əsəri oxuyan hər oxucunun diqqətini cəlb edəcək səviyyədədir. Düşünün ki, bir əsərin 3/4-ü bədii təsvir vasitəsidir və təkrarlanan sözlər arasında səhifə sayı çox böyükdür. 2) Bir ara ciddi olaraq əsəri buraxmağı düşündüm, amma sonuna gözucu baxmadan edəmədim. Məgərsə, sonluğu yanlış anlamışam və əsəri bitirdikdə gözlədiyimdən tamamilə fərqli olması novella təsiri yaratdı məndə. - Ta da! Şişirtdiyimi varsaymasaq, tək maraqlı hissəsi bu oldu. Ciddi dərəcədə mənfi nüanslar: 1) Süjet xətti çox yavaş irəliləyir; İlbiz sürəti ilə. 2) Olmuş hadisələr sonradan nəql edilir. "Bunda nə problem var ki?" söyləyə bilərsiniz. Amma ilk mənfi nüansı göz önündə tutsanız, anlayarsınız. Spoiler vermədən nümunə verim (müəllif əsərdə həmişə spoiler verir): "6 il boyunca birgə məktəbə getdik və özəl heç nə olmadı." Və bölümə eynilə bu tiptə giriş etdikdən sonra sıxıcı 6 ili nəql edir. Bədii cümlələr, bədii cümlələr və bədii cümlələr. Hadisə gedişatı yoxdur...🥲 3) Əlavə obrazlar üçün ayrı başlığın olması və haqlarında gərəksiz məlumatlar əsəri lap cansıxıcı edir. Arada 25-30 səhifə buraxsanız, nəsə itirməzsiniz (yoxlanılıb). İndi əsərdəki ictimai-kultural vəziyyəti dəyərləndirim: İl bilmirəm neçə, unutdum.. Ortalıq həyat yoldaşlarını, nişanlılarını aldadan ərlər, sevgililər və buna səssiz qalan partnyorlarla doludur. Lakin yeni nəsil
Masumiyet MüzesiOrhan Pamuk · Yapı Kredi Yayınları · 202460,5bin okunma
4/10
·311 syf.··
2021 3. kitabı
·
36 saatte okudu
·
Okunma: 08 Haziran 2021 01:07
Önəmli bilgilər olmasa da, spoiler içərməsi mümkündür. Kitabı oxumağa başladıqda " Güman ki, dedektiv və qorxu janrı qarışıq, eyni zamanda romantizmlə harmanlanmış bir əsərdir " deyə düşündüm. Azərbaycancaya tərcümə olunan nəşrdə səhvlər çox idi deyə, mən də türkçəyə tərcüməsinin pdfini endirdim. Pdfin endirilməsini gözləyərkən əsərlə bağlı bir neçə rəy oxudum, ayrıca, səthi olaraq wikipediadakı məlumata göz gəzdirdim. O zaman əsərin mövzusunu anladım, amma yenə də davam etmək istədim. Əsər Vatanabe adlı gəncin Naoko və Midori adlı iki qız arasında qalmasından, imkansız sevgidən (?¿) bəhs edir. Naoko psixoloji problemləri olan zəif bir qız, Midori isə həyat eşqi ilə dolub-daşan, pozitiv və sözün əsl anlamında çatlağın biridir. Və deyərdim ki, eyni zamanda əsərdəki tək xoş obraz o ola bilər. Düşünülməmiş davranış və ifadələri bəzən üzdə təbəssüm yaradırdı. Əsər tipik netflix seriyalı dadındadır : Hamı bir-birilə cinsi əlaqədə olur, partnyor dəyişir. Bütün bu olanlara baxmayaraq, yazıçı bizləri Vatanabenin Naokoya aşiq olduğu yalanına inandırmaq istəyir. Əsər də Vatanabenin sonsuz sevdiyi, bircəcik eşqi Naokonu (!) itirməsi ilə və ardından, matəm məqsədilə görüşdüyü Reiko adlı 39 yaşlı qadınla (Naokonun dostu, hamisi olur özləri) cinsəlliyi ilə sonlanır. Nə hüzünlü.. Əsər mənə nəsə qatdımı? - Bəli. Hüdudlandırılmamış cinsi istəyin cəmiyyəti nə hala saldığını anladan bir məqalə oldu mənim üçün. Onsuz da, bunu qavrayırdım. Amma artıq referans edə biləcəyim bir toplum var!
İmkansızın ŞarkısıHaruki Murakami · Doğan Kitap · 201513,9bin okunma