Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nasrin

Mənim köhnə neft ustası olan qoca babam həmişə deyərdi ki, insan dünyaya bir dəfə gəlir. Ona görə də, həmişə namusla yaşamalıdır. Başqasının yanında alnıaçıq olmalıdır. Mən indi babamın sözlərini xatırlayıb düşünürəm ki, əgər, bu dünyada namusla yaşamaq, aldatmamaq mümkündürsə, nə üçün belə etməyəsən?!
Sayfa 250 - KörpüsalanlarKitabı okuyor
Reklam
Mən istəsəydim, Səriyyədən də yaxşısı ilə evlənə bilərdim, lakin bu “yaxşı” mənim üçün ancaq ondan, onun bütün varlığından ibarət idi.
Sayfa 248 - KörpüsalanlarKitabı okuyor
İndisə, bütün həyatımı daim irəliyə, əbədiyyətə sövq edən məhəbbətin yaz seli kimi qopub gəldiyi bir zamanda mən onu həmişəlik itirmək qorxusu qarşısında idim.
Sayfa 247 - KörpüsalanlarKitabı okuyor

Okur Takip Önerileri

Tümünü Gör
Onun gülümsəyən qara gözlərinin dərinliklərində indiyə qədər mənə məlum olmayan bir aləm var idi. Bu aləmdə hər şey təzə və maraqlı idi.
Sayfa 222 - KörpüsalanlarKitabı okuyor
..sirlər həmişə insanların arasında bir böyük sədd olmuşdur. Bu səddi uçurub dağıtmaq lazımdır. Həqiqi birlik, həqiqi yoldaşlıq ancaq bu zaman ola bilər. O səddi uçurmaq nə qədər çətin olsa da, biz bunu bacarmalıyıq!
Sayfa 209 - KörpüsalanlarKitabı okuyor
Reklam
Qapıdan dolan sərin meh üzümə toxunub saçlarımı tərpətdikcə, mən öz gözəlliyimi daha dərindən hiss edirdim. Hiss edirdim ki, mən özüm bu sükut edən kainatın, bu qaranlıq gecənin sevinci, səadətiyəm. Mən əsl və qüdrətli həyatın özüyəm! Mənsiz bu dünyada yaşamaq heç nəyə dəyməz.
Sayfa 194 - KörpüsalanlarKitabı okuyor
Lakin biz insanlar anadan qəribə doğulmuşuq. Bizim kim olduğumuzu duyub-dərk edə bilmək üçün dünyaya bir yox, yüz minlərlə loğman gəlib-getməlidir.
Sayfa 194 - KörpüsalanlarKitabı okuyor
Həyatda hər şey necə gözəl, necə könülaçandır! Nə üçün mən əvvəllər bunu o qədər də aydın hiss etmirdim?.. Bir neçə gün bundan qabağa qədər bu bahar, bu duyğular haradaydı?
Sayfa 162 - KörpüsalanlarKitabı okuyor
Adil böyük şeylərdən, insanın ali vəzifələrindən danışardı. Deyərdi ki, insan dünyaya daim inkişaf etmək, daha üstün “yaxşı”ya çatmaq üçün gəlmişdir.
Sayfa 159 - KörpüsalanlarKitabı okuyor
İnsan həyatı nə qəribədir, - deyə düşünürəm, bəzən tuş tutub getdiyin yol haradan başlayır və səni haralara aparıb çıxarır… Əvvəl söyüd salxımlarının zərif kölgəsi ilə sakit-sakit axan çay birdən nə amansız burulğanlar yaradır… Başqasına bəxş etdiyin səadət bəzən necə sərt bir tikan olub onun qəlbinə sancılır. Sən isə, buna qarşı biganə olursan. Kim deyər ki, bunların hamısı bizim iradəmizdən asılıdır…
Sayfa 158 - KörpüsalanlarKitabı okuyor
Reklam
If nothing changes, nothing is going to change.
The goal is not to read a book, the goal is to become a reader.
Nietzsche’den alıntı yaptım: “Was mich nicht umbringt, macht mich starker.” (“Beni öldürmeyen şey, beni daha da güçlü kılar.”)
Ama gözyaşlarından utanmamız gerekmiyordu, çünkü gözyaşları, bir insanın, cesaretlerin en büyüğüne, acı çekmek cesaretine sahip olduğuna tanıklık ediyordu. Ancak çok az kişi bunu kavrıyordu.
Hiçbir insan ve hiçbir kader, bir başka insanla ya da kaderle kıyaslanamaz.
247 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.