İlk səhifələr çətinliklə başlasa da sonlarına doğru əsas obrazın yaşadığı fövqal fərqliliklər kitaba rəng qatdı. Dini qarışıqlığı real məğzə çevirən yazıçı xristian bir yaşlı ilə yəhudi gənc qızı eyni sujet xəttində birləşdirdi. Gənc rəssam qızın şəklini çəkərkən əlavə bir obraz olaraq körpəni zərif bir detay kimi əlavə etdi. Buna şiddətlə qarşı çıxan yəhudi irəliləyən zamanlarda körpəyə qarşı danılmaz bir sevgi duymağa başladı. Lakin aradan keçən müddət ərzində körpənin ölkəni tərk etməsi və bunun kimi problemlər qız üçün ağır və aşıla bilməz vəziyyətə çevrilərək əsas konflikt mərkəzi oldu. Buna baxmayaraq portretin uğurlu şəkildə başa çatması və körpəyə olan dərin duyğuların o əsərdə tapılması Esther üçün unudulmaz bir təsəlli idi.
Buna baxmayaraq yaxın zamanda yəhudi-xristian müharibəsinin daha çox ərsəyə gəlməsi bütün ətrafın viran olması, talanların bütün şəhəri əhatə etməsi öz təsirini portretə yansıtdı. Və Estherin o əsəri bir əl işi deyil, reallıq, bəlkə də yaşamı üçün tək sığınacaq yeri olduğunu düşünməsi sadə lakin bir o qədərdə dərin və sarsılmaz hisslər yaradan əsərə özünü fəda etməsi ilə sonluq tapdı...
Dövrün sosial bərabərsizliyi, insanoğlu arasındakı çəkilməz anlaşılmazlıqlardan bəhs edən yeraltı qeydlər... Oxucular tərəfindən ağır və incə analiz olunmuş bu kitab əslində insanlara üfüqaçıcı bir təfəkkür vəd edir. Dostoyevskinin özünə olan nifrəti eyni zamanda şüur olaraq yaşıdlarından özünü üstün görmə duyğusu əsərin əsas ziddiyyətləri arasındadır. Əsəri daha axıcı bir hala gətirən hissə isə fikirlərindən sonra paylaşdığı acı xatirələrdir. Ətrafındakıların onu təbəqə cəhətdən zəif hesab etmələri bayaq da qeyd etdiyim kimi Dostoyevskinin dünyagörüşü və fikir olaraq onlardan daha geniş və dərin düşündüyü qənaətinə gəlmək üçün bir sübutdur.
Əlavə və son olaraq əsərin final hissəsinə doğru yeni bir qadın obrazı ilə əsərin baş qəhrəmanı arasında cərəyan edən proseslər qaçılmazdır. Dostoveski sevgi ilə nifrəti eyni anda bir-birini üstələyəcək şəkildə təqdim etməsi oxucunun ağlında qarışıqlıq və böyük təsir yaradır. Sevgisini necə göstərəcəyini bilməyən baş qəhrəman bu hissi basdırmaq üçün kin və öfkəsini qarşı tərəfə yağdırır. Gözlənildiyi kimi də olan bu proseslərin nəticəsi ürəkaçıcı sonluqla bitmir və oxucuların kitabın təsirindən çıxması müəyyən zaman alır...
Onun için gayeye her yaklaşmada bir huzursuzluk hissedilir. İnsan gayeye ulaşmak için çalışmayı sever, fakat ulaşmayı pek istemez; bu hal hiç şübhesiz çok gülünçtür...