Tək sözlə möhtəşəm bir əsər idi. İlk dəfə Mark Levi oxuyan biri üçün düşünürəm ki, gözəl bir seçim və başlanğıc oldu. Artur və Lorenin dialoqları həm gülməli, həm də çox səmimi alınmışdı. Hələ Polun inanılmaz dostluğu...Hər kəsə belə bir dost arzulayıram. Arturun Lorenə olan sevgisi, ona dəyər verməsi, bir ''ruh'' üçün həyatını riskə atması...Eynilə kitabın son cümləsi çox gözəl bir detay idi. Bundan sonra daha çox Mark Levi oxuyacağam. Bəlkə də Bu, HəqiqətdirMarc Levy
Mən ilk dəfə Ahmet Şerif İzgöreni keçən il Youtube'dan izlədiyim məşhur seminar çıxışından tanımışam. O 1 saatlıq video həyatımda izlədiyim ən faydalı, ən əyləncəli videolardan biri olmuşdu. Video bitəndən sonra anında gedib, 3 kitabını sifariş verdiyimi xatırlayıram. Nəhayət ki, birincisini oxumağa bu il başladım. İçində bəhs olunan hekayələr, sitatlar o qədər gözəl və anlamlı idilər ki, hiss etdirdiyi duyğuları sözlərlə ifadə edə bilmərəm. Hələ o inanılmaz imtahan sualı...Kaş bizimdə belə bir müəllimimiz olsaydı düşüncəsi yaradır . Oxuyub bitirdikdən sonra bir aydınlanma yaşayacağınıza əminəm. Eyni zamanda kitab sayəsində hədəflərimi necə düzgün müəyyən edəcəyimi öyrəndim. Bundan sonra o hədəflərin reallaşması üçün əlimdən gələni etməyə başlayacağam. Özümə buradan söz verirəm. Ahmet Şerif İzgörenAvcunuzdaki Kelebek