Nazrin Teymurzada

Nazrin Teymurzada
@Nazrintd
Bakalavr
Bakı
5 Ocak 2005
32 okur puanı
Aralık 2024 tarihinde katıldı
8/10
·332 syf.··
2025 21. kitabı
·
220 günde okudu
·
Okunma: 31 Aralık 2025 00:00
Bu gün 20 yaşımın son günüdür. Və mən bu günü “20 yaşıma məktub” kitabını bitirərək yola saldım. Kitabı oxuyarkən bir hekayəni yox, sanki öz daxili səsimi oxudum. Hər səhifə məni bir az dayandırdı, bir az düşündürdü, bir az da özümlə üz-üzə qoydu. Bu kitab mənə öyrətdi ki, 20 yaş tələsmək yaşı deyil, anlamaq yaşıdır. Hamıya çatmağa çalışdığım, gecikdiyimi düşündüyüm, özümü başqaları ilə müqayisə etdiyim anlarda əslində ən çox özümə haqsızlıq etdiyimi anladım. Gələcəkdən qorxmaqla bu günü necə itirdiyimi, keçmişi dəyişmək istəməklə indini necə gözdən saldığımı gördüm. “20 yaşıma məktub” mənə dedi ki, hər şey indi baş verir və həyat “sonra” deyil, elə bu an yaşanmalıdır. Bu kitabdan sonra 21 yaşıma daha sakit, daha anlayışlı və daha dürüst gedirəm. Artıq özümə daha az sərt, arzularıma isə daha səbirliyəm. Çünki başa düşdüm: böyümək cavab tapmaq deyil, suallarla barışmaqdır.
20 Yaşıma Mektup
20 Yaşıma Mektup
20 Yaşıma MektupKolektif · Doğan Kitap · 20191,629 okunma
Reklam
7/10
·352 syf.··
2025 14. kitabı
·
17 günde okudu
·
Okunma: 20 Haziran 2025 00:00
Marc Levydən oxuduğum ikinci kitabdır. Sözün açığı, ilkini daha çox bəyənmişdim. Yenə də pis deyildi, sadəcə bəzi hissələr həddindən artıq uzun-uzadı yazılmışdı. Kitabın ortalarından etibarən hadisələr ləngiyir. Bu məqam kitabı bir az sıxıcı edirdi. Sonu isə, məncə, daha fərqli şəkildə bitə bilərdi. Düşünürəm ki, yekunu tam olaraq yaxşı bağlaya bilməmişdilər. Digər bir məni narahat edən məqam isə hərf səhvlərinin çoxluğu idi. Qanun nəşriyyatı yenə təəccübləndirmədi. Amma bütün bunlara rəğmən oxumağa dəyər, çünki maraqlı süjet xətti var, dili axıcıdır, eyni zamanda həyat və seçimlər üzərində dərin mesajlar ötürür. Nəticə olaraq, 10 üzərindən 7-yə layiqdir.
Yenidən Başlamaq Mümkün Olsaydı
Yenidən Başlamaq Mümkün Olsaydı
Marc Levy
Marc Levy
Yenidən Başlamaq Mümkün OlsaydıMarc Levy · Qanun Nəşriyyatı · 2015597 okunma
9/10
·517 syf.··
Beğendi
·
2025 8. kitabı
·
12 günde okudu
·
Okunma: 31 Mart 2025 00:00
Martin Eden, Jack Londonun yarı avtobioqrafik romanıdır. Və məncə ən möhtəşəm əsərlərindən biridir. Martinin gözümüzün önündəki inkişafı heyrətamizdir. Roman o qədər motivasiya və ilhamvericidirki, istər-istəməz adam özünüinkişaf eləməyə cəhd göstərir. Cəmiyyətdəki sosial bərabərsizliklər çox real və təsirli şəkildə təsvir olunub. Həmdə roman axıcı bir dillə yazılmışdır. Ruth'a gəldikdə isə,mənə görə onunki sevgi falan deyildi. Bir insan qarşı tərəfi dəyişməyə çalışmamalıdır. Onu olduğu kimi qəbul etməlidir. Ruth isə tam əksi onu öz standartlarına görə şəkilləndirirdi. Axırda da düşünürəm ki, çox gözəl dərsini aldı. Kaş biridə çıxıb, Martinə başdan-sona kimi dəstək olsaydı, ona inansaydı. Onun bir qab yeməyə ehtiyacı olanda yanında olsaydılar. Halbuki Martin eyni Martin idi. Satılan bütün əsərləri o zaman yazılmışdı. Dəyişən heçnə yox idi. Sonluq isə məncə tam olması gərəkdiyi kimi bitti. Mənə görə roman sonuna qədər 9/10 layiqdir.
Martin Eden
Martin Eden
Jack London
Jack London
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025134,5bin okunma
7/10
·222 syf.··
2025 6. kitabı
·
6 günde okudu
·
Okunma: 25 Şubat 2025 00:00
Sabahattin Alidən oxuduğum ikinci əsərdir. Yazıçının isə ilk romanıdır. Romanda bəyəndiyim tərəflər- axıcı dildə yazılması, ədalətsiz sistemin mükəmməl təsviri, bəzi hissələri çıxsaq süjet xəttidir. Amma yenədə sözün açığı gözləntilərimi tam qarşılamadı- bu xüsusilə romanın sonluğu üçün keçərlidir. Düşünürəm ki daha fərqli cür yazıla bilərdi. Bəzi məqamların- Kübragilin aqibəti, Yusufun növbəti taleyi və s. qaranlıq və yarımçıq qalmasını sevmədim. Bunun səbəbi isə əvvəlcə romanın 3 cild şəklində yazılmasının planlaşdırılmasıdır. Lakin daha sonra yazıçının tənqidlərə məruz qalması, maddi sıxıntılar, eyni zamanda onun qəfil ölümü bu istəyin reallaşmamasına gətirib çıxardı. Ümumi olaraq romana 10 üzərindən 7 vermək olar.
Kuyucaklı Yusuf
Kuyucaklı Yusuf
Sabahattin Ali
Sabahattin Ali
Kuyucaklı YusufSabahattin Ali · Yapı Kredi Yayınları · 2025210,2bin okunma
7/10
·288 syf.··
2025 4. kitabı
·
9 günde okudu
·
Okunma: 31 Ocak 2025 00:00
Bu əsər Aqatadan oxuduğum ikinci əsərdir. Birincisi ''On zənci balası'' idi . Və təəssüf ki yenə qatili düzgün təxmin edə bilmədim. Ümumiyyətlə məncə detektiv əsərlərində qatili düzgün tapmaq əsəri çox maraqsız edir. Ən azından mən sonda şok olmağı çox sevirəm. Düşünürəm ki bu əsər yazıçının digər əsərləri ilə müqayisədə süjet xəttinə görə daha zəif və nisbətən az təsirlidir. Hətta Aqata belə bu əsərini bəyənmədiyini etiraf edib, nəticədən də tam razı qalmayıb. Kitab ilk səhifələrdən çox sıxıcı başlasada, 90+səhifələrdən sonra su kimi axıb gedir. Kitabı bitirməyənə kimi əlinizdən düşməyəcəyinə əminəm. Çünki məndə belə oldu. Şəxsən məncə 10 üzərindən 7ə layiqdir.
Mavi Qatarın Sirri
Mavi Qatarın Sirri
Agatha Christie
Agatha Christie
Mavi Qatarın SirriAgatha Christie · Qanun Nəşriyyatı · 20183,478 okunma
Reklam