"Bu zaman onun üzündə acınacaqlı bir təbəssüm göründü: bu səhvən başqasının yerində oturan və bu yerdən qovulan kasıb bir adamın üzündə görünən və zəlillik ifadə edən bir təbəssüm idi."
Yeri gəlmişkən, bunu da deyim ki, mən həmişə yazmaq istədiyim əsərləri, doğrudan da, yazmağı deyil, onları necə yazacağımı düşünməyi və bu barədə xəyala dalmağı daha artıq xoşlayırdım, bu da, əlbəttə, tənbəllikdən deyildi. Bəs nədən idi?..