“Çoxdan başa düşmüşük ki, bu dünyanı devirmək, dəyişmək, üstümüzə gələn fəlakət axınının qarşısını almaq mümkün deyil. Müqavimət üçün təkcə bir yol qalır - dünyanı ciddi qəbul etməmək”.
“Apreli tək yaşamaq çox darıxdırıcıdı. Apreldə hamı xoşbəxt görünürdü. Hamı paltosunu çıxarıb, günəşdə isinir,
söhbət eləyir, top oynayır və bir-birini sevirdi.”
-Bax, məsələn, təsəvvür elə ki, içi peçenye ilə dolu bir səbət var. Peçenyelərdən bəziləri sənin xoşuna gəlir, bəzilərisə yox. Əgər sən xoşuna gələn peçenyelərin hamısını əvvəl yesən, sonraya təkcə xoşlamadığın peçenyelər qalacaq. Mən nəsə çətinə düşəndə, belə fikirləşirəm. Düşünürəm ki, bir az dözsəm, hər şey yaxşı olacaq. Düşünürəm ki, həyat peçenye ilə dolu səbətdir.