Nurlana Rahimova

Nurlana Rahimova

, bir kitabı okumaya başladı
Solmaz Kamuran
8.5/10 · 9 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Stefan Zweig - Mecburiyet
8/10
·50 syf.··
2023 13. kitabı
·
8 günde okudu
·
Okunma: 14 Eylül 2023 13:21
Stefan Zweig hər kitabı ilə özünə heyran qoyan yazarlardan biridir. "Mecburiyet" də bu qaydanı pozmadı. İlk səhifələrdən sətirlər insanı necə cəlb edirsə, son ana qədər duyğu burulğanına əsir olub nə olacağını gözləyirsən. Bu kitab hər dövr üçün aktual olacaq bir məsələni ələ alır. İnsan həyatının önəmi nə ilə müqayisə oluna bilər? Həyatı uğrunda fəda edəcək qədər dəyərli olan bir şey varmı bu həyatda? Bir insan ölümü düşünmədən xəyallar qurarkən, gələcək arzularını, planlarını həyata keçirməyə çalışarkən ölümün çox yaxınında olduğunu bilərək, onun soyuq, əzabverici nəfəsini boynunda hiss edərək əlbəttə ki, həyatına davam etməkdə çətinlik çəkər. Hələ bir də ölümdən qaçdığını, "azad" həyat yaşadığını sanarsa... Ölüm və həyat, əzab və hüzur, parlaq gələcək və qanlı bu gün, azadlıq və əsarət arasında çırpınış, insanın ağlı və vicdanı arasında qalması kitabın anar xəttini təşkil edir. "Məcburiyet" hər kəsin düşündüyü, qəlbinin dərinliklərində hiss etdiyi, ancaq sadəcə cəsarətli olanların dilə gətirdiyini oxucuya təqdim edir. Stefan Zweig da hər mövzuya fərqli yanaşan, cəsarətli yazarlardan biri kimi hər birimizin ən incə detallarına qədər əmin olduğumuz reallığı canlı səhnələrlə gözlərimiz qarşısında bir daha təsvir edir. Bu kitabı ən münasib zamanda oxuduğumu düşünürəm, çünki kitabdakı hər sətir, hər cümlə, yeri gəldikcə, qəlbimdəki mərhəməti, kini, sevgini, nifrəti, çarəsizliyi və ümidi oyatdı.
Hayata Dair
MecburiyetStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202175,1bin okunma

Nurlana Rahimova

, bir kitap okudu
8/10
·50 syf.··
8 günde okudu
·
2023 13. kitabı
Stefan Zweig
7.8/10 · 75,1bin okunma