Yorulma, qurban olum
Yorulma, qurban olum,
yorulma, yalvarıram.
Dünya var,
bu dünyada mən də varam,
uçmuş olsa da hasaram,
səninlə qaranlıq arasında.
Mənim də adım var,
günlərin ağında, qarasında.
Yorulma, qurban olum,
Yorulanda söykən mənə,
bu uçulmuş hasarın
dağ boyda sinəsinə...
Mən dəliyəm.
Sizə heç nə verməmişəm,
Sizdən heç nə istəmirəm.
Mən süfrəmdə oturana qardaş deyib,
Gedən kimi pisləmirəm,
Ona görə mən dəliyəm.
Yaxşı gündə can-can deyib
Dar günündə yox olmuram.
Mən həmişə mən oluram,
Az olmuram, çox olmuram
Ona görə mən dəliyəm.
Mən dəliyəm,
Siz ağıllı.
Ya mən oldum, ya da ki, siz
Olammadıq biz ağıllı.
Bacarırsan döz, ağıllı
Mənə nə var,
Mən dəliyəm.
İlişib qalmaq gözəldir, nədəsə və Kimdəsə…
Sanki məscidim uçub.
Məsələ tutduğunu qoruya bilməkdir!
Ta əvvəl gündən həyatında yaranmış heç bir işığı sönməyə qoymayıb!
Az su çirki təmizləmir, daha da bulaşdırır.
Əgər məhəbbəti göstərə bilsək, insanların əlindən şərab piyalələri düşəcək.
Həzər belə təsadüfi qonaqlıqlar əlindən.
Mənim üçün cəhənnəm- sualı olmayan adamlardır.
Cahil bütün suallarının qəti və konkret cavabı olan adamlardır. Cahilin dili də məhz hər şeyi bildiyini düşündüyü üçün tünddür, sərtdir, aqressivdir, sarkazmla doludur.
Mən nalə və hüznümü yalnız Allaha danışaram.
İnsanlar sizin hər şeyinizi unuda bilər, lakin onlara hiss etdirdiklərinizi əsla!
Dünyaya illah və illah və illah xoşbəxt olmaqçün gəlmədiyini qəbul edəndə xoşbəxt olmağa başlayır adam.
Şəmin isə qəm çaları olub həmişə.
Hər şey və hər kəs yalnız öz yerində olanda var olur, yoxsa yerində olmayanı ölülərdən say getsin!
Sirr özünü ancaq ona hörmət edənə verir.
Qəlbləriniz arasında heç kimin görmədiyi, bilmədiyi gizli, yeraltı yollar var.
Savaşın ən səs-küysüz, deməli, ən çətin növünü seçmişdi.
Özünü Allahın ixtiyarına qoyanda Allah səni özünə bənzədir.
Əsəri hamı görər, hamı görür, hünər bütün işlərdə əsərin əziz müəllifini görə bilməkdir.
Cəhənnəm əzab çəkdiyimiz yer deyil, əzab çəkdiyimizin bilinmədiyi, duyulmadığı yermiş.
Əgər böyüklərə desən ki: "Mən pəncərələrində ətirşah dibçəkləri, damında göyərçin yuvaları olan qır mızı kərpicdən tikilmiş çox gözəl bir ev görmüşəm” Onlar heç nə başa düşməyəcəklər. Sən bunu onlara belə deməlisən: "Mən 20000 dollara satılan bir ev görmüşəm". Bu sözləri eşidən kimi sevincək deyəcək lər: "Nə gözəl evdir".