Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Pəri

316 syf.
10/10 puan verdi
·
6 günde okudu
Araz üstə, buz üstə, Kabab yanar köz üstə. Qoy məni öldürsünlər Bir alagöz qız üstə... Eh, Təhminə, Təhminə... Bir ömür unutmayacam səni. Əsəri oxuduqca görürük ki, bizim cəmiyyət öz sözünü deyə bilməyən, həyatının iplərini ailəsinin əllərinə buraxan, səsinin heç kəs tərəfindən eşidilmədiyi, danışanda qızaran Firəngizləri, öz ayaqları üstündə
Təhminə və Zaur
Təhminə və ZaurAnar Rzayev · Qanun Nəşriyyatı · 20191,129 okunma
Reklam
512 syf.
10/10 puan verdi
·
7 günde okudu
Spoiler ola bilər. İsmayıl Şıxlının 10 ilə yazdığı şah əsər də bitdi. Kitabda o dövr Azərbaycanının həyat tərzindən bəhs edilir. Hadisələr Göytəpə kəndində cərəyan edir və əsərin sonuna yaxın Qori seminariyasında baş verən hadisələri də oxuyuruq. Göytəpə kəndinin sayılıb-seçilən insanı olan Cahandar ağanın ərli bir qadını qaçırmasıyla başlayır əsər. Cahandar ağaya qarşı həm müsbət, həm də mənfi düşüncədə olan insanlar tanıyıram və mən mənfi düşünən tərəfdənəm. İllərlə evli qaldığı, uşaqlarının anası olan qadını heçə sayır və onun üstünə qadın gətirir və yetməzmiş kimi Zərnigarın bunları sakit qarşılamağını gözləyir. Niyə? Çünki dədə-baba belə görüb, belə olub. Bir kişi bunu edəndə qoçaq, igid olar, gör e, kişiyə bax, gedib qadın qaçırıb, qorxmayıb! Amma qadın başını qaldırıb harasa baxsa, namussuzdur. Qadın-kişi bərabərsizliyini gözlər önünə sərib bu kitab. Əsərdə təhsilin önəmindən danışılır. Zülməti yaracaq tək işığın təhsil olmasından danışılır. Amma buna əngəllər var, əlbəttə ki. İlk əngəl elə özümüzünkülər, sapı bizdən olan baltalar, mollalardır. Kitab-dəftər deyəndə özlərindən çıxan, öz xeyirlərini güdən, din adı altında insanları dustaq edən "mollalarımız" insanlarımızın oxumasına ən çox etiraz edənlərdir. İsmayıl Şıxlı bu yerdə mollaları Əhmədin dili ilə belə izah edir: "Siz bizim mollaları tanımırsınız. Onlar qoymurlar ki, camaat gözünü açsın.". Roman haqqında daha çox şey yazmaq olar, amma yazını burada bitirim. Şiddətlə romanı oxumağınızı tövsiyə edirəm:)
Dəli Kür
Dəli Kürİsmail Şıhlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 2014753 okunma
360 syf.
10/10 puan verdi
·
4 günde okudu
Avqi... sən o qədər dəyərlisən ki, sənin dəyərini sözlərlə ifadə edə bilmərəm. Sən güləndə güldüm, üzüləndə üzüldüm, yeri gəldi ağladım, məndə yerin hər zaman fərqli olacaq. Kitab yeri gələndə sizi güldürəcək, yeri gələndə üzəcək, yeri gələndə də özünüzü sorğulamağınıza səbəb olacaq. Siz olsanız necə reaksiya verərdiniz ? Avqi adi bir uşaq, Cek, Sammer adi bir uşaq olan Avqinin adi olan dostları. Sizi çox sevdim mən. Kitabın dili axıcıdır, sıxmır. Hadisələri digər obrazların dilindən də oxumağımız empatiya bacarığımızı daha da yaxşılaşdırır. Bu cəhətdən kitab çox yaxşıdı. Kitabı oxumağı hər kəsə tövsiyə edərəm, oxuyun, oxutdurun.
Möcüzə
MöcüzəR. J. Palacio · 3 alma · 201413,3bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
584 syf.
·
Puan vermedi
İlk öncə deyim ki, Cəlil Məmmədquluzadə ən sevdiyim yazarlardan biridir. Əsərləri mənə çox şey qatıb, millətini oyatmaq üçün canla-başla çalışan bu şəxsiyyətin əsərlərini oxumaq bizim borcumuzdur, zira əsərləri bir dəryadır, eləcə də felyetonları. Felyetonlarında bir çox problemlərdən danışmışdır: qadın azadlığı, mollaların özbaşınalığı, millətin avamlığı, qızların erkən evləndirilməsi və s. Ən acınası vəziyyət isə budur ki, hələ də Cəlil Məmmədquluzadənin toxunduğu problemlərdən aktual olanları var. Onun felyetonlarında balaca qızların yaşlı kişilərlə evlənməsindən, qız doğulan evlərdə yas tutulmasından danışılır. Onun "Nişanlı bir qız" felyetonundan bir parça verək: "Nişanlı qız ağlaya-ağlaya deyir ki, "ey mənim qara bəxtim, nə olardı ki, mən anadan olaydım Firəngistan şəhərinin birində, atamın adı olaydı Fridrix, anamın adı olaydı Avqustina, mənim adım olaydı Mariya. Nə olardı ki, dünyanı işıqlandıran günün üzünə hərdənbir baxmış olaydım və atam-anam məni qoca kişiyə vermək istəyəndə bir söz danışmağa ixtiyarım olaydı. Ey mənim qara bəxtim, nə olardı ki, milyonlarca yazılan kitablardan ikicəciyini oxumuş olaydım və biləydim ki, dünyaya nədən ötrü gəlmişik". Cəlil Məmmədquluzadədən yaz-yaz bitməz, yenə deyirəm ki, əsərlərini, felyetonlarını oxuyun-oxutdurun.
Əsərləri - II Cild
Əsərləri - II CildCelil Memmedguluzade · Öndər Nəşriyyatı · 200425 okunma
620 syf.
10/10 puan verdi
·
4 günde okudu
Müharibə temalı bir roman daha. Yazardan oxuduğum ilk roman oldu. Düzünə qalsa, yazarın başqa romanları varmı bilmirəm, ancaq müəllifin qələmi möhtəşəm idi. Roman çox axıcı, maraqlı idi. Hadisələr ölümün dilindən bizə danışılır. Roman 2-ci dünya müharibəsinin gətirdiyi fəlakətləri, insanların necə vəhşi yaratıqlar olduğunu göstərir bizə. Bu kitabda insanlığın qaranlıq üzünü görürük. Eyni zamanda bu kitabda qaranlığı öz işıqlarıyla parçalayan kitab oğrusunu, özünü kömürlə qaraldıb dünyanı fəth edən dəlini, səmanı oğurlayan gənci, qəhrəman Hansı və Rozanı görürük. Belə insanların hesabına dünya dönür, bəlkə də. Romanı oxumağınızı şiddətlə tövsiyə edirəm. Romanı oxuyun, oxutdurun. Romanı Hansla Lizelin arasında olan ata-qız münasibətini görmək üçün belə oxumağa dəyər. Qeyd edim ki, millət millətdən üstün deyil, ancaq insan insandan üstündür. KİÇİK BİR FAKT - nə vaxtsa siz öləcəksiniz.
Kitab Oğrusu
Kitab OğrusuMarkus Zusak · Qanun Nəşriyyatı · 201812,6bin okunma
Reklam
313 syf.
5/10 puan verdi
John Green qələmindən ilk dəfə "Eyni ulduzun altında" romanını oxumuşdum və romanı o qədər sevdim ki, müəllifin digər romanlarına da şans vermək istədim. Müəllifdən ikinci oxuduğum roman isə "Kağız şəhərlər" romanı oldu. "Eyni ulduzun altında" romanını nə qədər sevdimsə, bu romanı o qədər sevmədim. Romanda Kyu Ceykobsenin və onun dostlarının Marqo Rot Şpiqelmanın müəmmalı yoxa çıxışından sonra onu axtarmalarından bəhs olunur. Romanın sonu tam bir faciə idi. Müəllif sanki romanın sonunu "yazmaq üçün" yazıb. Marqonun davranışları tutarsız idi. Nə etdiyini özü də bilməyən bir obraz. Tapılması üçün izlər qoyan, ancaq tapılmaq istəməyən Marqo Rot Şpiqelman. Ümumiyyətlə, romanı sevmədim, tövsiyə etmərəm :)
Kağız Şəhərlər
Kağız ŞəhərlərJohn Green · Qanun Nəşriyyatı · 20173,294 okunma
336 syf.
10/10 puan verdi
·
3 günde okudu
Macəra və fantastik janrlarını sevənlər üçün əsl oxunmalı roman. Mən də bu janrlarda oxumağı sevdiyim üçün romanı heç sıxılmadan və maraqla oxudum. Romanda öz qızıllarını Sis adlı əjdahadan qurtarmaq üçün yola düşən cırtdanlardan və özlərinə kömək üçün götürdükləri (Sehrbaz Həndalfın təkidi ilə) Bilbonun başına gələnlərdən danışılır. Bəs onlar qızıllarını Sisdən geri ala biləcəklərmi ? Romanı oxumağı tövsiyə edərəm :)
Hobbit
HobbitJ. R. R. Tolkien · İthaki Yayınları · 201914bin okunma
372 syf.
8/10 puan verdi
·
5 günde okudu
Roman biraz ağırdı. Romanı oxuyanda sıxılmadım desəm yalan olar. 97-ci səhifədən etibarən isə roman çox axıcılıq qazandı və demək olar ki, əlimdən yerə qoymaq istəmirdim. Romanı oxuyanda o dövrün düşüncə tərzini tam olaraq başa düşürsünüz. Qadınların qarşısında mühüm problem dayanır: "ər tapmaq". Kitabı oxuyarkən görürük ki, analar üçün qız övladlarının ər tapması necə vacibdir. Ancaq ər sayılıb-seçilən və mümkün qədər çox varlı olsa daha yaxşı olar həm analar, həm qızlar üçün. Romanda sosial bərabərsizliyə toxunulub. Varlı və kasıb təbəqələrin arasındakı uçuruma, yüksək zümrələrdəki insanların alt təbəqəyə münasibətinə romanda geniş yer verilib. Romanda ən sevdiyim obraz Elizabet oldu. Özünü əzdirməməsi, Ceyn kimi hər şeyə müsbət yanaşmaması və s. Elizabeti mənə sevdirdi. Romanı oxumağınızı tövsiyə edərdim :).
Qürur və Qərəz
Qürur və QərəzJane Austen · Qanun nəşriyyatı · 075,9bin okunma