J.Ram

Gözəllik böyük, çox vaxt layiqli-layiqsiz -kimə gəldi bəxş edilən bir hədiyyədir.
1000Kitap
Reklam
Çox sonralar,mən başa düşdüm ki, sənin daxili aləmin dünyanın vecinə deyil. Dünya sənin dərin və sümüyün altında gizlənmiş ümidlərin, arzuların, kədərin və sevincinlə maraqlanmır. Məsələ bu qədər sadə, cəfəng və qəddar idi. Mənim pasientlərim bunu yaxşı bilirdilər. Onlar bilirdi ki, olduqları və ola biləcəkləri şəxsiyyətin gələcəyi sümük strukturunun simmetriyasından, gözləri arasındakı məsafədən, çənəsinin uzunluğundan, burnunun əyri-düz olmasından asılı olacaq.
1000Kitap
-Müsyö Bustule, övladlarımıza dair ümidlərimiz heç də hər zaman həyata keçmir.
1000Kitap
İradəsi və təbiətinə zidd olaraq bütün ömrü boyu əzabkeş, dinməz-söyləməz halda kiminsə qulluğunda duran kədərli qadına çevrilməsini istəmirdim. Hər an yanlış bir şey edəcəyindən, deyəcəyindən, göstərəcəyindən qorxan qadınlardan olmayacaqdı.O qadınların həyatının bircə gününə də tab gətirə bilməyəcək insanlar qıraqdan baxıb onlara heyranlığını bildirir. Arzuları boğulmuş, xəyallarının üstünə su səpilmiş qadınlardır onlar.Ən pisi də odur ki, onlarla rastlaşanda gülümsəyib heç bir qorxuları yoxmuş kimi görünməyə çalışırlar. Guya qibtə ediləsi həyat yaşayırlar. Amma bir qədər yaxından nəzər yetirsən, çarəsiz baxışları- nın, ümidsizliklərinin və məcburən yalançı olduqlarının şahidi olursan.
1000Kitap
Ona deyin ki, mən yalnız ümid ilə təskinlik tapmışam. Harada olur-olsun, bu dünyada mümkün olduğu qədər rahatlıq, sevgi və xoşbəxtlik tapdığına ümid edirəm.
Edebiyat
Reklam