Rəşad Natiq

Rəşad Natiq
@Rashad_Natiq
La Roshefoucauld "Özdeyişler"
10/10
·119 syf.··
2021 30. kitabı
Emil Cioran müsahibələrindən birində belə bir ifadə işlədir: "İnsanı həqiqətən oxuyaraq tanımaq istəyirsinizsə Nietzschedən daha çox La Roshefoucauld ilə Chamfortu oxumalısınız". Cioranın bu ifadəsi La Roshefoucauldu oxumaq üçün mənə ilham qaynağı oldu. Sonralar öyrəndim ki, La Roshefoucauldu tərif və təqdir edənlər heç də az deyil: Thomas Hardy, Nietzsche, Lichtenberg, Sthendal, Andre Gide və sair. La Roshefoucauld həqiqətən də aforizmlərində insanı bütün çılpaqlığı ilə təsvir etməyi bacarır. Onun aforizmləri ifadə şəklinə görə digər bütün aforizmlərdən kəskin fərqlənir. La Roshefoucauld hər aforizmi ilə bizi sanki alovun üzərində rəqs etməyə dəvət edir. İnsanın daxilindəki ən gizli niyyətləri aşkara çıxardığı üçün bu əsəri oxumaq əksər insanlar üçün həm də narahatlıq mənbəyidir. Ona görə bu əsəri məncə insan psixologiyasını dərindən anlayan və insan təbiəti haqqında çox oxuyub araşdıran insanlar oxumalıdır. La Roshefoucauld kitabda özündən öncəki filosoflara tənqidlər yönəltməyi də unutmur. Bir neçə aforizmində Senecaya ağır tənqidlər yönəldir: Ey Seneca, ölümün heç olduğunu və onunla barışmamız gərəkdiyini deyirsən, ancaq bunu etmə səbəbin ölümündən sonra anılmaq istəyin deyilmi? Bu və digər bir neçə məqamda La Roshefoucauld ilə razılaşmasam da, onun aforizmlərinin həqiqət yükünün çox ağır olduğunu düşünürəm. Zatən Nietzsche və Cioran kimi böyük filosoflar tərəfindən təqdir edilməsinin də səbəbi budur.
Felsefe
ÖzdeyişlerFrançois de La Rochefoucauld · Doğu Batı Yayınları · 2017203 okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Cioran
10/10
·448 syf.··
2020 50. kitabı
·
4 saatte okudu
·
Okunma: 06 Kasım 2020 08:24
Əsərdə Cioranın həyatı haqqında çox maraqlı məlumatlar mövcuddur. Ilinca Zarifopol-Johnstonun bu kitabı hər nə qədər bioqrafik adlansa da, əsərdə məlumatların nəql şəkli bizə romanı xatırladır. Kitabı oxuyarkən insanda Cioranla bağlı roman oxuyurmuş kimi bir təəssürat yaranır. Əsər iki hissəyə ayrılır: ilk hissədə Cioranın Ruminyada yaşadığı dönəmdə yazdığı əsərlərdən və düşüncələrindən bəhs edilir, ikinci hissə isə müəllifin bu bioqrafiyanı necə yazmasından və Cioranla olan xatirələrindən bəhs edir. İkinci hissədə Ruminyanın tarixinə və ədəbi mühitinə də geniş yer verilir. Ümumilikdə əsər Cioran haqqında ən möhtəşəm tədqiqatdır deyə düşünürəm. Müəllifin özünün də çox yaxşı yazı qabiliyyəti olduğu üçün əsəri oxuduğunuz zaman qətiyyən sıxılmırsınız, tam əksinə kitab hər səhifəsində sizə zövq verir. Təbii ki bu zövqün dərəcəsi də Ciorana olan sevginizə görə dəyişə bilir. Möhtəşəm tərcüməyə görə Ümid Gurbanova çox-çox təşəkkürlər! Bu kitabın Cioransevərlər üçün qiyməti yoxdur! Oxumağa şübhə edənlər varsa məncə bir qram şübhə duymayın, ilk fürsətdə kitabı əldə edib oxuyun. Nə qədər tez oxusanız peşmançılığınız da bir o qədər az olar.
Felsefe
Cioran'ın İzindeIlinca Zarifopol Johnston · Ketebe Yayınevi · 202019 okunma
10/10
·136 syf.··
2020 12. kitabı
·
24 saatte okudu
·
Okunma: 22 Mart 2020 18:15
Mükəmməl!!! Pyes dediyin belə olur!! Camusun heç şübhəsiz ən möhtəşəm əsərlərindən biri.. Varoluşla iç-içə keçən iqtidar, hirs və ehtiras... Yaşamın mənası.. digər tərəfdən isə məna axtarmağın çılpaq yoxsulluğu.. Caligula! O hələ də yaşayır...
Edebiyat
CaligulaAlbert Camus · Can Yayınları · 20181,450 okunma
10/10
·680 syf.··
2020 11. kitabı
·
122 günde okudu
·
Okunma: 18 Mart 2020 19:10
Həyatımda sadəcə bir kitabı oxumalı olsam bu kitabı oxuyardım. Mənə görə bu kitab ədəbiyyatın müqəddəs kitabıdır. Dünyada heç bir yazıçıdan geri qalmadığını sübut edir, Pessoa. Sənin bütün kitablarını oxuyacam. Sənin kimi yazıçıya bütün ölkələrdə heykəl qoyulmalıdır..
Huzursuzluğun KitabıFernando Pessoa · Can Yayınları · 201714,5bin okunma
10/10
·288 syf.··
2020 9. kitabı
·
12 günde okudu
·
Okunma: 11 Mart 2020 22:01
Bu kitabı hər kəs oxumalı məncə. Bu növdən əsərləri sevməyənlər isə roman kimi oxusun. Həqiqətən insana çox şey qatır. Sən möhtəşəmsən Şarapova️ <3 Qələmin də tennisdə olduğun kimi möhtəşəmdir.. Bir gün sənlə görüşüb kitabı imzalatmaq diləyi ilə...
Edebiyat
DurdurulamazMaria Sharapova · Martı Yayınları · 201850 okunma