Əli (ə) azadlıq carçısıdır, xalq isə ona aşiqdir. Xalq əsirdirsə, demək Əlini (ə) yaxsi tanımamışdır.
Əsl dəyər tanımaqdır. Tanımadan sevmək dəyərsiz bir bağlılıqdır. Oxunmayan va ya oxunduqda başa düşülməyən Quranla adi kitablar, ağ dəftər arasında heç bir fərq yoxdur.
Məhəbbət var, amma mərifət yox! Əgər insanlara həyat vermək üçün gəlmiş bir dində həyat tapa bilmiriksə,demək, bu dini yetərincə tanımırıq. Bəs bütün bu incəlikləri xalqa kim öyrətməlidir? Əlbəttə ki, alim!
Ən təkmil olan bu din insanlara yaşamağı, şəxsiyyətli olmağı, mədəniyyət və qanunçuluğu, ilahi və ictimai tövhidi və hər fərdə şəhadətə hazır cəmiyyət qurmağı öyrədir.