-İnsanlar həyatlarının nə zamansa bitəcəklərindən qorxurlar.Halbuki,onlar həyatlarının heç bir zaman başlamayacağından daha çox qorxmalıdırlar.Bir çoxları yaşamağa başlamamışlar.Başlamayan bir həyatın bitməsindən isə qorxmazlar..
Əslində kiminsə həyatı xoşbəxt sonluqla bitirmi?
Enində-sonunda həyat hind filmi deyil.Zindəgi miqzara,əfqanlar demişkən,həyat davam edir,əvvəlindən,sonundan xəbərsiz,xoşbəxt,ya nakam,böhranı,kulminasyası ilə birgə tozlu köçəri karvanı kimi yavaş-yavaş yoluna davam edir.