Sabina Rahimi

Sabina Rahimi

, bir kitap okudu
6/10
·56 syf.··
2024 14. kitabı
F. Scott Fitzgerald
7.6/10 · 27,9bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
6/10
·56 syf.··
2024 14. kitabı
Benjamin Buttonun qəribə hekayəsi. Akın Altandan dinlədim. Bizim dilə tərcüməsi var. Fitzgeraldın hekayəsi tələsik yazılmış gəldi və ya yazıçının bir ideyası olub , ancaq onu formalaşdırmaq, qurğulamağa səbri çatmayıb. Sanki, özü də öz yaratdığı obrazı əzməkdən , xor görməkdən xoşhallanır. Ya da insana biçilən ömrü tərsində yaradarkən obrazın həyatını mənalandırmaqdan qorxub və təsvirə gücü çatmayıb. Ancaq ideya o qədər gözəldir ki, rejissor ona filmdə əlavələr edib ,mənanı çatdıra bilib. Məsələn kitabda Buttonun yoldaşıyla yaşı 50-dən aşağıya doğru getdikcə ,30-40 yaşlarda, münasibətləri tamamilə pozulur. Daha da cavnlaşıb ušaq yaşlara keçdikcə daha da tənha qalır. Filmdə isə Batn illər keçdikcə, balacalaşdıqca bir vaxtlar sevdiyi yoldaşınįn sevgisiylə bəslənir. Bəlkə də yazıçı uşaq ağlıyla qocalığın yaddaş pozuntusunu bir tutur və normal körpəlikdən qocalığa olan ömrü, fantastik fikirlə qocalıqdan körpəliyə inkişaf şəklində göstərməklə gəldiyimiz yerə yenidən qayıdacağımıza işarə vurur.
Benjamin Button'ın Tuhaf HikayesiF. Scott Fitzgerald · Türkiye İş Bankası Kültür Yayınları · 202027,9bin okunma
9/10
·136 syf.··
2024 13. kitabı
Kitab illərin təcrübəsini yiğmiş yaşlı adamla gəncin dialoqundan ibarətdir. Insanın yaradılış məqsədi ,missiyası iki nəfərin dəyərləri üzərindən sorğulanır məncə. Hər iki şəxs situasiyaları öz mövqeyindən ,inancına əsasən qiymətləndirir. Zehnin bir maşına bənzədilməsi və düşüncələrimizin xarici təsirlərlə formalaşdığını söyləməsi maraqlı və irəli görüş idi. Ingilislər, amerikalılar irəli zamanı təxmin edərkən rusiyanîn təsirində qalan bizlərin irəli görüşlü romanlarının olmaması ,sadəcə məişət, komsomol, romantikada , iztirab məsələlərində ilişib qalması təəssüf doğurur. Qərb sorğulayaraq inkišaf edərkən ,biz yatmaqda israr edirik.
İnsan Nedir?Mark Twain · Dedalus Kitap · 202319bin okunma
8/10
·200 syf.··
Beğendi
·
2024 11. kitabı
Şəxsi inkişaf planında dövrünə görə məncə çox özəl kitabdî. Xususən beyin , zehin ,qamət mövzusunda olan yönləndirmələr maraqlıydı. Axî bu sahələr hələ tam formalaşmadığı, yeni-yeni başladığı dövrlərdəydi. Bu kitabdan sonra əlavə beyin ,zehin və vücud sağlığıyla bağlî kitablar oxumaq , bu kitabın demək istədiklərini daha da aydın edəcək fikrimcə.
2024 Okuma Raporları
İrade TerbiyesiJules Payot · Ediz Yayınevi · 201838,5bin okunma