"-Dövlət hüquq qanunları, əlbəttə, belə məsələləri məndən daha sərt həll edir; onun vəzifəsi ictimai əxlaqı və ləyaqəti qorumaqdır; bu vəzifə isə onu haqq qazandırmağa deyil, ittiham etməyə məcbur edir. Mən isə xüsusi bir fərd olduğuma görə prokuror rolunda çıxış etmək istəmirəm; mən vəkilliyi daha üstün tuturam, şəxsən mənim qəlbimə insanları ittiham etmək deyil, müdafiə etmək daha çox yatır!"