Sabina Kazımova

Sabina Kazımova
@Sabinas_diary
Filologiya
ADU
Bakı
Bakı, 16 Eylül 1995
55 okur puanı
Mart 2022 tarihinde katıldı
Cəfər Cabbarlı - Oqtay Eloğlu
9/10
·96 syf.··
Beğendi
·
2023 2. kitabı
·
25 saatte okudu
·
Okunma: 24 Nisan 2023 00:00
Bu dəfə sizə öz ədəbiyyatımızdan olan görməkli dramaturq Cəfər Cabbarlının 6pərdəli faciə - "Oqtay Eloğlu"dan yazacam. Dünya ədəbiyyatı zəngin olsa da, öz ölkənin ədəbiyyatını oxumaq insana başqa bir zövq verir. Çünki oxuduqca yazarların hansı cəmiyyətdən çıxdıqları, hansı problemləri dilə gətirdikləri problemlər sənə tanışdır, dili, fikirləri doğmadır. Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatının, teatrının yeni istiqamət almasında mühüm rol oynamışdır. "Oqtay Eloğlu" əsərini yazmaqda Cabbarlının məqsədi Azərbaycan Milli Teatrını yaratmaq ideyası idi. Təəssüflər olsun ki, kitabı oxuduqca bir əsr keçməsinə baxmayaraq bəzi problemlərin, hətta çoxunun qaldığını görüb üzüldüm. Daha bu torpaq neçə "Cəfər Cabbarlı"lar yetişdirməlidir ki bu problemləri dilə gətirib həll edən olsun. Bu ölkədə axı insana dəyər var mı ki, onun yaratdığı sənətə də dəyər verən olsun. Mövzusu: Əsərdə cəhalət içində boğulan cəmiyyət, pulun, səltənətin hakim olduğu dövrdə bütün varlığı ilə xalqını sevən, onun inkişafını arzulayan və bunun üçün ən gözəl yollardan biri olan milli teatrın yaranması kimi görən gənc Oqtayın mübarizəsidir. O, bu mübarizədə məqsədinə görə maddi rifahını, ailəsini belə qurban verir. Son üzüyünü belə teatrın ehtiyacları üçün satır. Dostu Səməd bəy, Oqtayın anasının və bacısın darda olduğunu öyrənib ona yaxşı iş təkliflərinin gəldiyini deyir. Lakin, Oqtay bundan imtina edir və cavabında xalqın səadətini, gələcəyini iki nəfər qadının istirahətinə fəda edə bilməyəcəyini deyir. Varlı ailəndən olan Firəngizə qarşı olan məhəbbəti onun çətinliyini bir az da artırır, həyatını dəyişir. Firəngiz Oqtayı sevsə də,sənətə dəyər verən biri olsa da qardaşı Aslan bəyin təkidi ilə ona sevmədiyini, hər şeyin yalan olduğunu bildirir. Oqtay bundan çox sarsılır, içində nifrət baş qaldırır və artıq
İnsan ve Toplum
Oqtay EloğluCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2021561 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
9/10
·112 syf.··
2023 1. kitabı
·
11 günde okudu
·
Okunma: 29 Mart 2023 00:00
Stefan Zweig - Bir qadının həyatından 24 saat Yazarın bundan öncə "Dəhşətli sirr" kitabını oxuyub sevmişdim. Bu kitabı isə bir başqa sevdim. Ümumiyyətlə Stefan Syavqın bədii qələmi olduqca dolğun təsirlidir ki, insan yaşanmışlıqlarını, hisslərini oxucuya mükəmməldir şəkildə ötürə bilir. Bu kitabı ilə mənim sevimli yazıçılarım sırasına daxil oldu. Yazarın digər kitablarını da mütləq şəkildə oxuyacağam. Mövzusu: 67 yaşındakı bir qadının həyatı boyunca bir gün belə unutmadığı və heç kimə danışmadığı, özünə belə cəsarətsizcə etiraf etdiyi dərin hisslərin, insan ehtirasının və nəhayətində yaşadığı o 24 saatı anladan bir heyakə...Eyni zamanda bu hekayə insan hisslərinin, arzularının, seçimlərinin cinayət, əxlaq, günah kimi qavranılmasını sorğulayan bir hekayədir. Hekayə Riverdəki pansionatda subay və evli insanların masa arxasındakı mübahisə ilə başlayır. Mübahisənin mövzusu stabil həyatı, ailəsi, iki qızı olan qadının - madam Anrietin pansionata yeni gələn fransız cavan, yaraşıqlı oğlana qoşulub getməsi ilə başlayır. Masa arxasında hər kəs onu qınayır, əxlaqına şübhə ilə yanaşır və düşünürdülər ki heç bir namuslu qadın 3 saata tanıdığı birinə görə uşaqlarını atıb getməz. Hekayəni nəql edən əyləncə xətrinə mübahisəni qızışdırmaq üçün madam Anrietə davamlı olaraq haqq qazandırır. Bəzən mübahisələr elə qızğın hal alır ki, əsərin baş qəhrəmanı kübar, nüfuzu ilə seçilən ingilis Missis K. aranı sakitləşdirirdi. Hekayəni nəql eləsən bu oğlan və Missis K. arasında gözəl dialoqlar olur və bu dialoqlar ingilis qadının məqsədyönlü şəkildə verilmiş sualları əsasında yaranır. Beləcə 67 yaşlı Missis K. 20 ildən çox keçməsinə baxmayaraq yaşadığı unudulmaz o 24 saatı ilk və son dəfə sadəcə bu oğlana danışmağı qərara alır. Bu 24 saatda nə baş verir heç nə yazmayacam)) Oxuyun sadəcə
İnsan ve Duygular
Bir Kadının Yaşamından Yirmi Dört SaatStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2024150,8bin okunma
Ceyhun Hidayətli - Əqrəb mövsümü
Puan vermedi
İlk öncə gənc yazarımız Ceyhun Hidayətlini uğurlu romanına görə təbrik edir, yaradıcılığında uğurlar arzu edirəm. Müəllifin "Beyaz şeytan" romanını diqqətimi çəkmişdi əvvəlcədən. Tezliklə əldə edib oxuyacam. Kaş ki gənclərimizə dəstək olsalar... Dedektiv janrını hədsiz dərəcədə çox sevirəm. Agatha Christie və Sherlock Holmes'dan yazacam deyə-deyə özümüzdən ilk yazası oldum . Amanovlar (səhv etmirəmsə kitabda öz soyadım keçir,Kazımovlar,irağ olsun ) sayılıb seçilən ailədir. Qurban Amanovun yoldaşı Səkinə xanımla Nurlan, Kərim, Kamran, Nailə adında dörd övladı var. Günlərin birində Nurlan axşam saatlarında anasından 10 manat götürüb ( məbləği niyə qeyd etdiyimi izləyəndə biləcəksiz) gəzintiyə çıxır və bir daha geri qayıtmır. Nurlanın gecə qayıtmadığını görən ailə polisə müraciət edir. Təxmini 1-2 gün sonra polisdən zəng gəlir və deyilir ki şəhərin müxtəlif ünvanlarından 6 hissəyə bölünmüş cəsəd tapılıb. Sizin verdiyiniz əlamətlərə bənzəyir lakin dəqiq deyil. Qurban kişi və böyük oğlu Kərim və Kərimin ən yaxın dostu eyni zamanda iş yoldaşı Elnur dərhal tibbi ekspertizaya yola düşürlər və o səhnə ətim biz-biz oldu. Çox təsirli çəkilib həqiqətən, Kərimin qardaşının ayaqqabılarının ipini bağlaması... Xarici filmlərdə belə səhnələrə təsirlənsəm də özünümüzdə çox başqa hiss yaşadım, sanki daha ağır gəldi. Cinayətdən Qurban Amanovun düşmənlərindən,iş sahəsindəki rəqibindən şübhə etsələr də tezliklə özlərinin və müstəntiq Rauf və Kənanın sayəsində əmin olurlar ki qatil onlar ola bilməz. Yaxşı bəs qatil kim idi? Bu azmış kimi çox keçmədən Kərim iş səfəri ilə bağlı yola düşür. Quba istiqamətində gedən yolda Kərim qəzaya düşür və müəmmalı şəkildə yoxa çıxır. Onun necə olmasından xəbər almaq olmasa da qısa bir müddət sonra onun da cəsədini 6 hissəyə bölünmüş bir vəziyyətdə
İnsan ve Hayat
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015181 okunma
Fyodor Dostoyevski - Utancaq qız
9/10
Qısa eyni zamanda anlamlı və təsirli bir hekayə. Oxuduğum müddətdə mənə bir az qarışıq gəldi. Qarışıq gəlmə səbəbi müəllifin də ön sözdə qeyd etdiyi kimi yaratdığı obrazın narahat bir tip, bədbinlik iliyinə-qanına yerimiş, öz - özüylə danışan adam olması idi. Fikirlərin həyəcanlı, yarımçıq, biri bitmədən digərinə keçməsi bir oxucu kimi mənim "anxiety"min o an yüksəlməsinə səbəb olurdu. Bu əslində müəllifin ustalığı olsa da mənim kimi hər xırda detallarla özünü yoran birinə yüngülvari ağır gəldi. Mövzusu : Baş qəhrəman - "xilaskar" və 16 yaşlı məzlum, acınacaqlı həyatı olan yetim bir qız . Xalaları qızı özündən qat-qat böyük, dul bir qocaya satıb başlarıdan etmək istəyirlər. Qız təsadüfən peyda olan və ona vurulan xilaskarına sonradan niyə nifrət edir? Diqqətlə oxuyanda aydın başa düşülür ki ( mənə ama sonradan çatdı ) qız heç vaxt sələmçini sevməyib. İki ən pis seçimdən nisbətən daha "yaxşı" olanını seçib. Əslində bu hekayə mənə qızın həyatından çox sanki sələmçilik etməklə cəmiyyətdən "intiqam" almağa çalışan əslində daxilən zəif olan bu adamın yalnızlığı altında əzilməsini göstərir. Bunu kitabın son səhifələrində dediyi son sözdə - "...Hər şey ölüdür, hər tərəf cəsəddir. İnsanlar yalqızdır, dörd tərəfləri isə sükutdur- bax, Yer üzü belədir! İnsanlar, bir -birininizi sevin." Qızın cəsədi yanında gecə saat 12də dayanıb - "Sabah onu aparandan sonra, mən nə edəcəyəm?" deyən insandır həmin bu sələmçi "xilaskar". Kitab boyu bu adamın sevgisini göstərməməsi bir yana yetim qızın qəlbini, qürurunu incitməsi məni çox əsəbləşdirirdi. Susaraq yoldaşının-bu balaca qızcığazın onu anlamasını, həyatda gördüyü çətinliyi çözməsini gözləyir eqoistcəsinə. Həmişə demişəm istər ailə, istər digər insanlar arasındakı münasibətlərdə hər şey danışılıb həll olunmalıdır. Və danışılıb
İnsan ve Hayat
Uysal KızFyodor Dostoyevski · Can Yayınları · 202310,8bin okunma
Stefan Zweig - Dəhşətli sirr
9/10
·88 syf.··
2022 5. kitabı
·
11 günde okudu
·
Okunma: 25 Haziran 2022 00:00
Böyüklərin fikir vermədiyi,hətta bəzən onlara gülünc gələn şeylərin uşaqların gözündə nə dərəcədə əhəmiyyətli olduğunu xatırladan kitab. Kitab 12 yaşlı Edqarın dilindən danışılır. Edqar xəstə, diqqətə möhtac həssas uşaqdır. Hətta o dərəcə ki bir neçə saatlıq tanıdığı insana bağlanıb o qədər sevir,güvənir. Həmin insan isə barondur. Kitab boyu Edqarın anasına və barona o qədər əsəbləşirdim ki.. Hətta Edqarın elədiyi bəzi uşaqlara xas rəftara haqq qazandırırdım Uşaq sahib olmazdan əvvəl hərtərəfli düşünmək lazımdır ki mən bu uşağı təkcə maddi cəhətdən yox mənəvi cəhətdən yanında ola biləcəyəmmi? Çünki qırılan, inamını itirən, təkliyi ilə vaxtından əvvəl böyüməyə çalışan sonda Edqar kimi həssas uşaqlar olur((
Hayata Dair
Yakıcı SırStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202551,3bin okunma