Qısa eyni zamanda anlamlı və təsirli bir hekayə. Oxuduğum müddətdə mənə bir az qarışıq gəldi. Qarışıq gəlmə səbəbi müəllifin də ön sözdə qeyd etdiyi kimi yaratdığı obrazın narahat bir tip, bədbinlik iliyinə-qanına yerimiş, öz - özüylə danışan adam olması idi. Fikirlərin həyəcanlı, yarımçıq, biri bitmədən digərinə keçməsi bir oxucu kimi mənim "anxiety"min o an yüksəlməsinə səbəb olurdu. Bu əslində müəllifin ustalığı olsa da mənim kimi hər xırda detallarla özünü yoran birinə yüngülvari ağır gəldi.
Mövzusu : Baş qəhrəman - "xilaskar" və 16 yaşlı məzlum, acınacaqlı həyatı olan yetim bir qız . Xalaları qızı özündən qat-qat böyük, dul bir qocaya satıb başlarıdan etmək istəyirlər. Qız təsadüfən peyda olan və ona vurulan xilaskarına sonradan niyə nifrət edir? Diqqətlə oxuyanda aydın başa düşülür ki ( mənə ama sonradan çatdı ) qız heç vaxt sələmçini sevməyib. İki ən pis seçimdən nisbətən daha "yaxşı" olanını seçib. Əslində bu hekayə mənə qızın həyatından çox sanki sələmçilik etməklə cəmiyyətdən "intiqam" almağa çalışan əslində daxilən zəif olan bu adamın yalnızlığı altında əzilməsini göstərir. Bunu kitabın son səhifələrində dediyi son sözdə - "...Hər şey ölüdür, hər tərəf cəsəddir. İnsanlar yalqızdır, dörd tərəfləri isə sükutdur- bax, Yer üzü belədir! İnsanlar, bir -birininizi sevin." Qızın cəsədi yanında gecə saat 12də dayanıb - "Sabah onu aparandan sonra, mən nə edəcəyəm?" deyən insandır həmin bu sələmçi "xilaskar". Kitab boyu bu adamın sevgisini göstərməməsi bir yana yetim qızın qəlbini, qürurunu incitməsi məni çox əsəbləşdirirdi. Susaraq yoldaşının-bu balaca qızcığazın onu anlamasını, həyatda gördüyü çətinliyi çözməsini gözləyir eqoistcəsinə. Həmişə demişəm istər ailə, istər digər insanlar arasındakı münasibətlərdə hər şey danışılıb həll olunmalıdır. Və danışılıb
Bəzən uşaqları bizim real gerçəklik adlandırdığımız dünyadan nazik bir qapı ayırır və təsadüfi bir zəif külək nəticəsində hər şey onların üzünə açılır.
Böyüklərin fikir vermədiyi,hətta bəzən onlara gülünc gələn şeylərin uşaqların gözündə nə dərəcədə əhəmiyyətli olduğunu xatırladan kitab. Kitab 12 yaşlı Edqarın dilindən danışılır. Edqar xəstə, diqqətə möhtac həssas uşaqdır. Hətta o dərəcə ki bir neçə saatlıq tanıdığı insana bağlanıb o qədər sevir,güvənir. Həmin insan isə barondur. Kitab boyu Edqarın anasına və barona o qədər əsəbləşirdim ki.. Hətta Edqarın elədiyi bəzi uşaqlara xas rəftara haqq qazandırırdım Uşaq sahib olmazdan əvvəl hərtərəfli düşünmək lazımdır ki mən bu uşağı təkcə maddi cəhətdən yox mənəvi cəhətdən yanında ola biləcəyəmmi? Çünki qırılan, inamını itirən, təkliyi ilə vaxtından əvvəl böyüməyə çalışan sonda Edqar kimi həssas uşaqlar olur((