Həddən çox şey bilirik bu dünyada.
Boş şeydi! Unudulacaq hamısı!
Unutduqlarımız yenidən, yeni başdan
sudan, torpaqdan, dağdan, daşdan
çıxırmıştək görünəcək bizə hər döngədə,
ən solğun çiçəklər
ən işıqlı ulduzları sevəcək yenə də.
Çiçək gözlüm, nəğmələr oxumaqla bitir,
oynamaqla bitmir elə bil,
gəl, bu nəğmə çatmamış sona
bu sonsuz dünyanın sonunacan
oynayaq bu nəğmənin havasına…
Vaqif Bayatlı Odər