Səma Məmmədsalahova

Düşdü yenə dəli könül gözlərinin xəyalinə, Kim nə bilir bu könlümün fikri nədir, xəyali nə? Al ilə ala gözlərin aldadıb aldı könlümü, Alını gör nə al edər, kimsə irişməz alinə. Qiymətini dodağının dəgmə xəsisə sorma kim, Mən bilirəm ki, can ilə susamışam zülalinə. Gözlərinə əsir olan halımı, oldur anlayan, Kim ki, bu halə düşmədi qoy vara kəndü halinə. Sirrini şol qara bənin çünki yanağı şərh edər, Can, nə ola nisar edəm yanağınavü xalinə? Dadlı sözündən utanır abi-həyat, məhv olur, Gülbəşəkər nə nəsnədir kim, irişə məqalinə? Hüsnü cəmalü surətin məclisi bərkəmaldır, Şərhü bəyanü vəsfinə əql irəməz kəmalinə. Üzünü, qaşını görən qarşubəqarşu, gözbəgöz, Sanma ki, baxa ol gögün bədrinə ya hilalinə. Aşiqi-sadiqin qanı yarə həlal imiş, vəli, Girsə əgər rəva degil dilbəranın vəbalinə. Ay ilə gün sücud edər surətini göricəgiz, Bu nə cəmalü hüsn olur, səlli-əla cəmalinə.
Şeir Sənin Üzündür
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Özledim sesini ne olur konuş Bir gül açtır zamanların ötesinden Karanlıklar içindeyim, kapkarayım bugün gel Gök mavisinden, deniz mavisinden Bana bir şarkı söyle... Ümit Yaşar Oğuzcan
Şiir
Kadınların ise, doğadan getirilen kimi yetenekleri, içinde yaşatıldıkları seranın sıcak atmosferin­de yoğun bakım ve sulama sonucu efendilerinin çıkarları­na ve keyfine uygun olarak fevkalade bir gelişim gösterir, gelişir, olgunluğa erişirken, aynı kökten gelen başka dal­lar, soğuk kış havasında dışarıda bırakıldıkları hatta özel olarak buza sarıldıkları için gelişmelerini sürdüremez; ba­zıları da ateşte yanıp kül olur. Kendi eserlerini tanıyamayan erkekler de ki - bu onların analitik bir kafa yapısına sahip olmadıklarını gösterir - ağacın kendiliğinden, doğası gereği böyle büyüdüğünü sanmakta ve tembelce yarısı bu­har banyosunda yarısı karda bırakılmaz ise öleceğine inanmaktadırlar...
Düşüncə
Ən çox sevdiklərimdən...
Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: — Bir kərə yüksələn bayraq bir daha enməz! Bunu deyərkən o, bugünkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: "İrəli, irəli Azərbaycan əsgəri" - deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi. Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək, –Ya qazi, ya şəhid olacaqsan!
Azerbaycan
Hər bir cəmiyyəti irəli aparan, onun inkişafını şərtləndirən əsas amillərdən biri heç şübhəsiz AZAD düşüncənin olmasıdır. Azad düşüncənin olmadığı cəmiyyətdə hansısa inkişafdan söhbət gedə bilməz. İnsanın doğal mahiyyəti ilə həmahəng olaraq istənilən FƏRDin bu və ya digər məsələlər ilə bağlı özünün özgür, fərqli, bəzən isə hətta ənənəvi görüşlərlə daban-dabana ziddiyyət təşkil edən fikirləri, ideyaları olur. Sübut olunmuş aksiomdur ki, bir vaxtlar qısqanclıqla, şiddətlə qınanılan fikirlərin, ideyaların sonralar həqiqət olduğu aşkara çıxarılmışdır (Yerini öz oxu ətrafında fırlanması, kürə formasında olması və s.). Ümumiyyətlə, hər zaman yeni fikirlər, ideyalar, demək olar ki, ənənəvi təfəkkür tərzi tərəfindən ilk başlanğıcda daima təzyiqlərə, tənələrə məruz qalmışdır.