"Birgə razılaşma konsepsiyası" kitabının ikinci nəşridir. Təbii ki, yenə də düşünərək və sevilərək oxunacaq bir kitab olduğunu düşünürəm. Aşağıda da elə birinci nəşri oxuduğum zaman yazdığım qeydləri bölüşəcəyəm. Birinci nəşrdən fərqli olaraq daha iki yeni yazı burada öz əksini tapıb. Oxuyanlar özü görəcək. Bəzi kitablar sadəcə oxumaq üçündür, bəzi kitablar, həm oxumaq, həm də düşünmək üçün, bu kitabın isə həm oxumaq, həm düşünmək, həm də öz həyatımızda tətbiq etmək (reallaşdırmaq) üçün olduğunu düşünürəm.
Bizə xoşbəxtliyi o qədər çox arzulayıblar və ya biz arzulamışıq ki, bu anlayış, demək olar ki, çox insanın beynində təhrif olunub. Məsələn, Nizaminin "xoşbəxt cəmiyyəti" bizim üçün xoşbəxtlik anlayışını utopikləşdirir. Nağıllarımızın sonunda da hər şey xoşbəxt sonluqla bitir. Bununla da biz xoşbəxtliyin utopik, əlçatmaz, sadəcə nağıllarda olduğunu düşünməyə başlamışıq. Ona görə də "xoşbəxt cəmiyyət" deyəndə bunun utopik bir fikir olduğunu düşünürük. Əvvəlcə, qəbul etməliyik ki, "xoşbəxtlik" subyektiv bir anlayışdır. Yəni hər kəsin xoşbəxtlik adlandırdığı şeylər fərqlidir. Hər bir fərd müxtəlif şeylərlə, müxtəlif şəraitlərdə, müxtəlif vasitələrlə xoşbəxt ola bilər. Bu, normal bir haldır. Onda biz "xoşbəxt cəmiyyət" necə qura bilərik? Əgər hər kəsin xoşbəxtlik anlayışı fərqlidirsə, burada meyar kimi nəyi nəzərə almalıyıq? Bütün bu və digər sualların cavabı da bu konsepsiyada öz əksini tapır. Sadəcə bir balaca qeyd edək ki, Birgə Razılaşma Cəmiyyəti bizə xoşbəxt olmaq üçün şərait yaradır. Yəni hər bir fərd - Mən, Sən, O bizi nəyin xoşbəxt edəcəyini özümüz daha yaxşı bilirik. Sadəcə bunun üçün azad və ədalətli bir cəmiyyət formalaşmalıdır ki, hər bir fərd, yəni sadəcə bir qrup, müəyyən bir kəsim deyil, hər kəs xoşbəxt ola bilsin. Ən azından öz xoşbəxtliyi uğrunda