Samiq

Əməl - İslam təlim-tərbiyəsinin dayağı
İslam təlim-tərbiyəsinin dayağı əməldir. İslam bəşəriyyətə başa salır ki, nə varsa, əməldir. İnsanın taleyi onun əməlindən ibarətdir. Bu, obyektiv, məntiqi və yaradılış qanunlarına uyğun bir düşüncə tərzidir. Qurani-Kərim əməl barəsində olduqca çox danışıb və bu barədə çox dolğun və gözəl ifadələr işlədib. Məsələn, buyurur: "Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur." Yəni insanın xoşbəxtliyi onun əməlinə bağlıdır. "Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir." Heç kəsin yerinə yetirdiyi zərrə qədər ağırlığındakı xeyir əməli itib aradan getmir, sonda ona çatacaq. Həmçinin əgər kimsə bir zərrə boyda pis iş görsə, həmin pis iş də itməyəcək və sahibinə çatacaq.
Sayfa 49·Kitabı okudu
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Biz, həqiqətən, gərək, öz müsəlmançılığımıza yenidən nəzər salaq. Ola bilər, biz müsəlmançılıq libasını Əmirəl-mömininin buyurduğu kimi tərsinə geyinmişik.
Sayfa 38·Kitabı okudu
Həyatın xüsusiyyəti nədir ?
Həyatın xüsusiyyəti nədir? Siz həyatın tərifini deyən hər bir alim və filosofdan soruşun, görün nəyə həyat və yaşayış demək olar? Ümumiyyətlə, həyatın mənası nədir? Əlbəttə, heç kəs həyatın həqiqət və mahiyyətinin tərifini demək iddiasını etmir. Lakin həyatı nişanələri ilə tanımaq mümkündür. Sizin bu sualınıza belə cavab verilər ki: Həyat mahiyyəti məchul olan bir həqiqətdir ki, onun iki xüsusiyyəti var: biri agahlıq (xəbərdar olmaq), digəri isə hərəkətdir. İnsanın agahlığı nə qədər çoxdursa, daha çox həyata malikdir. Həmçinin nə qədər çox hərəkət edirsə, daha çox həyatı var. Eləcə də onun agahlığı nə qədər azdırsa və o, nə qədər xəbərsizdirsə, bir o qədər ölüdür. Habelə nə qədər hərəkətsizdirsə, bir o qədər ölüdür. O, xəbərsizliyi nə qədər sevirsə, ölülük üstündə daha bir ölülüyə malikdir. Həmçinin hər nə qədər hərəkətsizliyi sevirsə, ölülük üstündə daha bir ölülüyə malikdir. İndi siz baxın, görün bizlər ölüyük, yoxsa yox?
Sayfa 33·Kitabı okudu

Samiq

, bir kitabı yarım bıraktı
Cengiz Aytmatov
8.9/10 · 56,1bin okunma
"Asıl mesele de bu işte. Zaman ne kadar geçerse geçsin, bazı konularda hiçbir şeyi değiştirmez. Elinden malını mülkünü, varını yoğunu alsalar, bundan ölmezsin. Bunları yine edinebilirsin. Ama senin onurunu kırar, ruhunu öldürürlerse, işte buna çare yoktur..."