Əslində insanlar üçün işin faydalı və ya faydasız, səmərəli və ya səmərəsiz olmağının heç bir əhəmiyyəti yoxdur. Vacib olan tək şey o işlə yaxşı qazanc əldə edə bilməkdir. Müasir dövrdə çalışqanlıq, faydalılıq, ictimai xidmət və bənzər şeylər haqqında danışılanda insana bircə fikir aşılanır: pul qazan, pulu qanuni yollarla qazan və nə qədər çox qazana bilirsənsə qazan. Pul ləyaqətin ən əsas meyarı olub.
Biz dilənçləri də sosial bir sinif olaraq qəbul edib onların həyat tərzini digərlərininki ilə müqayisə edə bilərik. Bir dilənçi saxta dərman tacirindən daha dürüstdür, bazar günü qəzetlərinin sahiblərindən daha əxlaqlıdır, sələmçilərdən daha rəhimlidir. Uzun sözün qısası, dilənçi faydasız insan ola bilər, amma heç kimə də zərəri toxunmur.