- Mən dünyanı başa düşə bilmirəm. Bura niyə gəlmişik ? Bu qədər zülüm və dəhşət nəyə lazımdır ? - Niyazi mızıldandı.
Şükriyyə baxışlarını çöldən ayırıb oğluna baxdı:
-Bəlkə də, elə həyat, yaşamaq budur.
-Doğurdan?
-Bilmirəm. Qəribədi, bütün bu illər ərzində çox allahsız gördüm ki, başı ağarmayana qədər Allahı yada salmadı.