Samiq

Ey camaat, zülmkar və nemətə küfran edən, yaxşı əməl sahibinin pis sanıldığı və zalımın öz zülmünü artırdığı bir rüzigarda sabahı açdıq. Bildiyimizdən bəhrələnmirik, bilmədiyimizi də soruşmuruq və bizə yetişənə qədər böyük bəladan qorxmuruq. Deməli, insanların dörd sinfi var: Birinci qism insanları çarəsizlik, qılıncının kütlüyü və mal-dövlətinin azlığından başqa heç nə fitnə-fəsaddan çəkindirməz. İkinci qism qılıncını qınından sıyırıb öz şərini aşkar edərək, piyada və süvarilərini toplayaraq, özünü fitnə-fəsada hazırlayıb və qənimət olaraq oğurladığı mala və ya ardınca gedən süvarilərə, yaxud da çıxmaq istədiyi minbərə görə dinini zay edəndir. Özünü və Allahın sənin üçün yaratdığı Cənnəti satıb, onun qiymətinə dünyanı almaq uğursuz ticarətdir. Üçüncü qism axirət əməli ilə dünyanı, dünya əməli ilə axirəti istəməyən, özünü vüqarlı və mətanətli göstərən addımlarını bir-birinə yaxın atan və paltarının ətəklərini yığıb tam sürətlə yol gedən, özünü mötəbər və əmin tanıtmaq üçün bəzənən, Allahın pərdəsini günah vasitəsinə çevirəndir. Dördüncü qism həqarətinə, alçaqlığına və hakimiyyətə çatmaq üçün vasitəyə malik olmadığına görə xanənişin olandır. Öz arzularına əli çatmadığından özünü qaldığı vəziyyətə qane olan kimi göstərər. Nə gecələr sakitləşən daxilində, nə də gündüzləri keçirdiyi zahirində qənaət və zöhd əhli olmadığı halda, özünü zöhd və təqva əhlinin libası ilə bəzəyər.
Sayfa 44 - 32-ci xütbə·Kitabı okuyor
Reklam
"İnsan yalnız ürəyi ilə baxanda həqiqəti görə bilər. Əslində vacib olan şeylər gözlə görünməz." — Balaca Şahzadə Bu gün üç fərqli taleyi, üç fərqli ağrını qucaqladım. Baxımsızlıqdan xilas edib müəssisəyə yerləşdirdiyimiz o uşaqların baxışlarındakı qorxu və bilinməzlik hələ də ağlımdadır. Onların gələcəyi üçün atılan bu addım, mənim mənəvi dünyamda ağır iz buraxdı. Düşünürəm ki, bəlkə də illər sonra bu günü belə xatırlayacaqlar: "Qara bir maşında iki nəfər gəldi və bizi dünyamızdan qoparıb apardı..." Onlar üçün həmin an xilaskar deyil, qorxulu bir naməlumluq idik. Çarəsizliyin dili yoxdur; o, yalnız uşaqların yaşlı gözlərində görünür. Bir uşağın sabahını qurmaq üçün bu gününü ağlatmaq məcburiyyətində qalmaq çox ağırmış...
Agah olun ki, sizlər köçməyə (bu saraydan əbədi saraya getməyə) məmur edilmisiniz (bundan başqa çarəniz yoxdur) və azuqə toplamağa yönəldilmisiniz. Ən qorxulu olan iki şey var və sizin üçün onlardan qorxuram: Biri nəfsinizin arxasınca getməniz (gözlərinizi həqiqətə yumar), digəri isə arzularınızın çoxluğudur (sizə axirət üçün azuqə və ehtiyat toplamağa imkan verməz). Belə isə, sabah onun vasitəsilə özünüzü qiyamətdə (əbədi əzabdan) qoruyacağınız şeyin (camaata xidmət və Allaha bəndəliyindən) tədarükünü bu dünyada görün.
Sayfa 41·Kitabı okuyor
Haqq-təalaya həmd-sənadan və Həzrət Peyğəmbərə salamdan sonra. Həqiqətən, dünya arxa çevirərək (sizin ürək bağladığınız şeylərdən) ayrılıqdan xəbər verir. Axirət yaxın və aşkar olmuşdur. (Dünya hamı üçün ötəridir. Ölümlə başlayan axirət isə gələcəkdir. Ona görə də, fani dünyaya ürək bağlamamaq, əbədi məkana getməyə hazırlaşmaq lazımdır.) Agah olun ki, bu günlər (ömrümüzdən qalan müddət xeyir işlər görmək və bəyənilmiş əxlaqa çatmaq üçün) mizmar və hazırlıq günüdür (dünyanın ləzzətinə göz yummaq lazımdır), sabah isə (axirət) önə keçmək günüdür! Önə keçənin (yarışın qalibi olanın yeri) cənnətdir, (axıra qalanın) sonu atəşdir. Belə isə, ölümü çatmadan öz günahından tövbə edən bir kimsə yoxdurmu?
Sayfa 40 - 28-ci xütbə·Kitabı okuyor
Sükuta məhkum haqq !
Agah olun! Toxumu ortadan yaran və insanı xəlq edən Allaha and olsun, bu qədər camaat (mənə beyət etmək üçün) toplaşmasaydı, höccətin tamam olmasına kömək etməsəydilər, Allah-təalanın zalımın (zülm vasitəsilə) doyması və məzlumun (onun zülmündən) ac qalmasına razılaşmamaları üçün üləmalardan aldığı əhd olmasaydı xəlifəlik dəvəsinin yüyənini hər an onun hörgücünün üstünə atardım xəlifəliyin sonuna əvvəlcə verdiyim kasada su verərdim. (Əvvəllər də bu işi etmədiyim kimi indi də kənara çəkilər, xəlifəliyi tərk edib camaatı azğınlıq içində buraxardım, çünki) bilirsiniz ki, sizin bu dünyanız mənim üçün dişi keçinin asqırığı qədər dəyərsizdir.
Sayfa 18 - 3-cü xütbə (Şiqşiqiyyə)·Kitabı okuyor